Xəbər lenti
Azərbaycanda sabiq rektor vəfat etdi

AMEA-nın Polimer Materialları İnstitutunun Makromonomer əsaslı polimer materiallar laboratoriyasının müdiri, Əməkdar elm xadimi, kimya üzrə elmlər doktoru, professor Niyazi Rəsulzadə vəfat edib.
Manevr.az report-a istinadən xəbər verir ki, o, 72 yaşında dünyasını dəyişib.
O, yüksəkmolekullu birləşmələr kimyası sahəsində respublikanın tanınmış alimlərindən olub.
Qeyd edək ki, Niyazi Şahid oğlu Rəsulzadə 1948-ci il yanvarın 9-da Şuşa rayonunda doğulub.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olub. O, 1970-ci ildə bitirdiyi Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kiçik elmi işçi kimi əmək fəaliyyətinə başlayıb.
N.Rəsulzadə 1981-1990-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda Kimya kafedrasının müdiri olmaqla yanaşı, Funksional polimerlər elmi-tədqiqat laboratoriyasının müdiri, 1990-1993-cü illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunun rektoru vəzifələrində fəaliyyət göstərib. 2011-2014-cü illərdə Sumqayıt Dövlət Universitetində Tətbiqi kimya elmi-tədqiqat laboratoriyasının müdiri, 2014-2020-ci illərdə isə AMEA-nın Polimer Materialları İnstitutunda laboratoriya müdiri kimi fəaliyyət göstərib.
O, 1992-ci ildə "Əməkdar elm хadimi" fəхri adı ilə təltif edilib.
Allah rəhmət eləsin!
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar