Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb

Tarix: 14-12-2020 10:12     Baxış: 3186 A- / A+
Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov növbəti dəfə qazilərin qayğıları ilə maraqlanıb. Bu barədə o öz şəxsi facebook hesabında paylaşım edib.

“Rəşadətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti, həmçinin xalqımızın dəstəyi nəticəsində tarixi zəfərə imza atdı. Həm hərbi qulluqçularımız, həm də könüllü döyüşlərə yollanan igid oğullarımız böyük qəhrəmanlıq nümayiş etdirdilər. Azərbaycan Ordusu xalqımıza şərəfli anları yaşatdı. Qəhrəman oğullarımızın qanı, canı bahasına tarixi ədalət bərpa olundu.
İkinci Qarabağ müharibəsi zamanı ölkəmizin bütün bölgələrindən olduğu kimi qəhrəman Goranboy rayonu və Naftalan şəhərinin igid oğulları da torpaqlarımızın işğaldan azad olunmasında fəal iştirak etmiş, şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmışlar. İlk gündən etibarən tapşırıq və tövsiyələrimiz əsasında nümayəndəmiz Elçin Cahangirov şəhid ailələrini ziyarət etmiş, qazilərimizin yanında olmuş, səhhətləri və müalicələri ilə maraqlanmış, daxili imkanlarımız hesabına əlimizdən gələni etməyə çalışmışıq.
Şəkildə gördüyünüz şəxs Goranboy şəhər sakini qazi Seyidov Seyidəli Şakir oğludur. Seyidəli bizə Qələbə sevincini yaşadan igid Azərbaycan oğullarından biridir. Nümayəndəmiz Seyidovlar ailəsində olduğu müddətdə ailənin igid oğlu ilə əlaqə saxlayıb, ilk öncə Şanlı Qələbəmiz münasibətilə onu təbrik etdik, Allahdan şəfa dilədik, daha sonra isə belə igid və cəsur oğul övladı böyütdükləri üçün ailənin böyüklərinə minnətdarlığımızı bildirdik. 44günlük müharibə dövründə gedən döyüşlərdə yaralanan qazi Seyidəli də öz növbəsində ona göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirdi, Vətən qarşısında öz vəzifəsini yerinə yetirdiyini diqqətə çatdırdı. Bununla belə Azərbaycan xalqının dəstəyi, yüzlərlə, minlərlə gəncin könüllü döyüşlərə yollanması onlara əlavə güc və stimul verdiyini bildirdi.
Sonda bir daha qazimizə təşəkkür edib, şəhid ailələri, qazilər və Vətən Müharibəsinin iştirakçılarının daim diqqətdə olacağını, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəklərini vurğuladıq. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilədik” – deyə Anar Məmmədov vurğulayıb.

Manevr.az
Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb
Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb
Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb
Anar Məmmədov daha bir qazinin problemləri ilə maraqlanıb

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar