Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıya və 16 şəhər-rayona giriş-çıxış dayandırıldı

Tarix: 14-12-2020 10:00     Baxış: 4128 A- / A+
Bakıya və 16 şəhər-rayona giriş-çıxış dayandırıldı


Bu gündən Azərbaycanın bir sıra şəhər və rayonlarına giriş-çıxış dayandırılıb.

Manevr.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah dekabrın 8-də qərar imzalayıb.

Qərara əsasən, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin və Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin nəqliyyat vasitələrinin hərəkəti istisna olmaqla, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxış dayandırılıb.

2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti tətbiq edilib.

Beləliklə, bu gündən qeyd olunan ərazilərdə hərəkət yalnız icazə əsasında mümkün olacaq. Bu müddət ərzində fəaliyyət sahəsinə icazə verilən qurum və təşkilatlarda çalışan şəxslər xidməti vəsiqə əsasında, eyni zamanda "icaze.e-gov.az” portalından icazə alınaraq hərəkət edə biləcəklər. Portaldan icazənin alınması üçün qurum və təşkilatların möhür səlahiyyətli şəxsləri müəyyən edilmiş əməkdaşları barədə məlumatları portala daxil edə bilərlər. Həmçinin vəndaşlar da yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməlidirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar