Xəbər lenti
Hadrutdakı terrorçuların başçısı üzə çıxdı - Xanumyan
Rusiya sülhməramlılarının Qarabağda yerləşməsindən sonra Ermənistandan geri qayıdan Xankəndi ermənilərinin “dili açılıb”. Onların bir qrupu gecə saatlarında Rusiya sülhməramlılarının qərargahı qarşısında toplaşaraq missiyanın rəhbərilə görüşmək istədiklərini bildiriblər.
Ermənilər Azərbaycan ordusunun antiterror əməliyyatı apardığı Hadrutun iki kəndində - Köhnə Tağlar və Çaylaqqalada “nə baş verdiyini” (?-red.) öyrənmək istədiklərini deyiblər. Bu barədə Qarabağdakı oyuncaq “parlament”in keçmiş “deputat”ı Ayk Xanumyan feysbukda yazıb. Onun sözlərinə görə, bu iki kənd erməni tərəfinin nəzarətindəymiş və Rusiya sülhməramlıları orada olmayıb. Azərbaycan tərəfinin guya artilleriyadan istifadə etdiyini iddia edən Xanumyan 6 erməni quldurun yaralandığını bildirib.
A.Xanumyan bildirib ki, etirazçılara Rusiya sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun Qarabağda olmadığı bildirilib. Onun əvəzində ermənilərlə komandir müavini görüşüb və bildirib ki, vəziyyətin stabilləşdirilməsi üçün işlər görülür. Xanumyan deyib ki, erməni hərbçiləri (?-red.) Çaylaqqalada olsa da, azərbaycanlı əsgərlər oraya da daxil olublar. “Biz sabah saat 11-də yenə toplaşacağıq ki, görək nə baş verir”, Xanumyan özünü axmaq yerinə qoyaraq əlavə edib.
Məlumatda bildirilir ki, Azərbaycan ordusunun terrorçulardan təmizlədiyi bu iki kənddə Ayk Xanumyanın qanunsuz silahlı dəstələri yerləşibmiş. Bununla da Xanumyanın terrorçubaşı olduğu üzə çıxıb.
Qeyd edək ki, erməni terrorçularının təxribata əl atması və görülən tədbirlərlə bağlı artıq Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb və dövlət başçımız düşmənə növbəti sərt xəbərdarlığını edib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar