Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

İlham Əliyev və Ərdoğan Şuşaya səfər edəcək

Tarix: 10-12-2020 21:26     Baxış: 3241 A- / A+
İlham Əliyev və Ərdoğan Şuşaya səfər edəcək

Bu gün biz, eyni zamanda, gələcəyə baxarkən azad edilmiş torpaqların bərpası ilə bağlı öz fikirlərimizi ortaya qoyuruq, Qarabağ dünyanın ən gözəl bölgələrindən biri olacaq və əminəm ki, bizim türk qardaşlarımızın yardımı ilə buna biz nail olacağıq. Bu gün artıq konkret layihələr – avtomobil və dəmir yolları, infrastruktur layihələri haqqında danışdıq. Bütün bu layihələrdə Türkiyə və Azərbaycan şirkətləri bərabər iştirak edəcəklər və bütün bu layihələrin qısa vaxt ərzində həyata keçirilməsi bölgəyə yeni nəfəs gətirəcək.

Manevr.az press.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birlikdə mətbuata bəyanatında Qarabağda həyata keçiriləcək layihələrdən danışarkən bildirib.

Dövlətimizin başçısı deyib: “Mən bir daha Azərbaycan xalqı adından, öz adımdan qardaş Türkiyə xalqına öz dərin təşəkkürümü bildirmək istəyirəm. Bu günlərdə biz Türkiyədən böyük dəstək gördük, həmrəylik gördük”.

Prezident İlham Əliyev qeyd edib ki, Cümhurbaşqanı başda olmaqla, bütün nazirlər, Türkiyə Böyük Millət Məclisi, eyni zamanda, ictimai fəallar, media mənsubları bizə dəstək verdilər. Türkiyənin media nümayəndələri öz həyatını risk altına ataraq gecə-gündüz döyüş bölgələrindən reportajlar hazırlayırdılar və məhz bu reportajlar vasitəsilə dünya gedən proseslərdən xəbər tuturdu. “Türkiyədə bizim qələbəmizə bizim qədər sevinən bacı-qardaşlarımıza öz salamlarımı çatdırıram və dərin təşəkkürümü bildirmək istəyirəm. Biz birlikdəyik, bu gün də belədir, sabah da belə olacaq və əbədi olacaq. Türkiyə-Azərbaycan birliyi sarsılmazdır, əbədidir”.

Dövlətimizin başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciətlə deyib: “Bir daha əziz qardaşım, xoş gəlmisiniz. Doğma vətəninizə xoş gəlmisiniz. Sizi biz ürəkdən sevirik. Azərbaycan xalqı Sizə bu gün öz sevgisini küçələrdə göstəribdir. Biz danışdıq ki, Şuşa şəhərinə yeni avtomobil yolu, Türkiyə şirkətlərinin inşa edəcəyi avtomobil yolu inşa ediləndən sonra bərabər, inşallah, Şuşa şəhərinə gedəcəyik”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar