Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Sarımsaq qoxusunun qarşısını almaq üçün bunları edin

Tarix: 10-12-2020 20:27     Baxış: 4162 A- / A+
Sarımsaq qoxusunun qarşısını almaq üçün bunları edin

Sarımsaq sevənlər bilir, qoxusu uzun müddət bədəndə qalır. Yediyiniz sarımsaqlı yeməyin üstündən 24 saat keçsə də, qoxusu nəfəsinizdə və tərinizdə hiss edilir. Hətta, dodağınıza sarımsaq sürtsəniz belə, eyni nəticə ilə üzləşəcəksiniz.

Xarici KİV xəbər verir ki, 1936-cı ildə “Journal of the American Medical Association”da dərc olunan bir məqalədə həkimlər, xortum ilə mədəsinə sarımsaqlı şorba verilən bir xəstənin nəfəsindən, bir neçə saat sonra sarımsaq qoxusu gəldiyini qeyd etmişdilər. Başqa bir həkim isə sarımsaq iyi verən hamilə bir qadının doğuşundan sonra, körpənin də eyni şəkildə qoxuduğunu yazmışdı.

Bir neçə il öncə Ohia Dövlət Universitetindən Sheryl Barringer sarımsaqla yeyilən bəzi qidaların qoxunu aradan qaldıra bilmək mövzusunu araşdırıb. Kahı, cırdaquş, kərəviz, kartof, cəfəri, nanə, reyhan və göbələk kimi bəzi tərəvəzlərin sarımsaq iyini azaltdığı bəlli idi. Barringer tələbələri ilə bunun səbəbini və necə olduğunu araşdırıb.
Ən çox işə yarayan qidaların kahı, nanə və alma olduğu aşkar olunub. Amma bunlar bişdikdə eyni təsiri göstərmirdi. Deməli, bu qidalardakı bəzi fermentlər, bişəndə parçalanır və yararsızlaşır. Lakin unutmamalıyıq ki, istədiyiniz qədər qoxunu azaldan vasitələrə əl atsanız da, insan yaşayan, nəfəs alıb verən bir kimya fabrikidir.
Yediklərimizlə yanaşı, ağzımızda yaşayan bəlli bakteriyalar, hətta məlum xəstəlikləri daşıyıcısı olub-olmadığımızı belə, nəfəsimiz və tərimizin iyini müəyyənləşdirir.

Elm adamları nəfəs verdikdə çıxan molekulları nəzərdən keçirərək ağ ciyər xərçəngini müəyyənləşdirmənin mümkünlüyünü anlamağa çalışır. Qan, sidik və ya toxuma nümunələrindəki qoxunu analiz edən elektron qoxu alma cihazları ilə, yumurtalıq xərçəngi və ya beyin zədələnməsi kimi xəstəliklərə xas uçucu molekulların müəyyənləşdirə biləcəyi araşdırılır.

İnsanın özündən gələn pis iyləri azaltmaq cəhdi, ümumi ədəb qaydasıdır; ancaq, bu qoxuların mühüm məlumatlar daşıması düşüncəsi maraq doğurur.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar