Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Tibb elmləri doktoru səhiyyəmizə qarşı inamsızlıq yaradan səbəbi AÇIQLADI

Tarix: 08-12-2020 12:54     Baxış: 3138 A- / A+
Tibb elmləri doktoru səhiyyəmizə qarşı inamsızlıq yaradan səbəbi AÇIQLADI

“Bütün dünya ölkələrində virusla mübarizə dövlətin, səhiyyə sisteminin və millətin vəhdət təşkil edən mübarizəsindən ibarətdir. Bizim ölkədə də dövlət əldə olan imkanlarından vaxtında istifadə edərək virusa qarşı mükəmməl mübarizə strategiyası təşkil etdi. Hətta məktəbləri bir çox inkişaf etmiş ölkələrdən öncə bağlamaq qərarını verərək onlardan bir neçə addım da qabağa çıxdı. Eyni zamanda modul tipli xəstəxanaların yaradılması tibbi xidmət göstərəcək səhiyyə müəssisələrinin sayı ilə yanaşı keyfiyyətini də artırdı”.

Manevr.az xəbər verir ki, bunu apa-ya açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Tibb elmləri doktoru bildirib ki, ilk vaxtlarda insanların virusla mübarizəsi qənaətbəxş olmasa da, müəyyən mərhələdən sonra vətəndaşlar arasında virusun mövcudluğuna inam yaranıb: “Hazırda insanların böyük hissəsinin qoyulan qayda-qanunlara əməl etmələrinin şahidi olduq. Hətta millətimizin heç bir mövzuda dövlətlə vəhdət təşkil etməyəcəyini söyləyənlər də var idi. Bunu isə onlarda olan maliyyə problemi ilə əlaqələndirirdilər. Amma son günlərdə Vətən müharibəsində o insanların da yanıldığını gördük. Gördük ki, bizim millət dövlətinin yanında olub onunla vəhdət təşkil edə biləcək qədər böyük millətdir”.

N.Abdullayevin sözlərinə görə, ölkədə səhiyyə sisteminin virusla mübarizəsindən narazı olanlar var: “Amma yenə də problemin həlli dövlətdən gözlənilir. Bu da vətəndaşların dövlətə nə qədər inandığının bariz nümunəsidir. Amma unutmayaq ki, dövlətimizin bu gün xarici siyasətində olan uğurları və bunu sona çatdırmaq istiqamətində fəaliyyəti ilə bütün diqqətləri COVID-19 virusu ilə mübarizəyə yönəltmək olmaz. İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərimiz də hazırda səhiyyə müəssisələrində müalicə olunurlar. Eyni zamanda gündən-günə artan koronavirus xəstələri də xəstəxanalara yerləşdirilir. Belə olduğu halda, tibb müəssisələrinin yüklənməsi müşahidə olunur. Sadəcə olaraq, səhiyyəmiz bu yüklənməyə hələ virusun yayılmadığı bir dövrdə, Vətən müharibəsinin olmadığı bir dövrdə də hər an hazır olmalı idi".

“Tibb sistemi ilə vətəndaşlar arasında düzgün koordinasiyanın olmaması da ölkə səhiyyəsinə qarşı inamsızlıq və narazılıq yaradan amildir" deyən N. Abdullayev vurğulayıb ki, dünya səhiyyə sistemləri bu gün artıq növbəti virus pandemiyasını müzakirə edir: "Artıq dünya ölkələri öz səhiyyə sistemlərini ola biləcək növbəti virus dalğası zamanı məsələyə nə qədər ciddi hazır olduğunu vətəndaşlarına çatdırır. Biz yeni virus pandemiyasına hazırıqmı? Cavabını hər kəs özü üçün düşünə bilər. Amma mən qısa olaraq bildirmək istəyirəm ki, çıxış yolu var və Azərbaycan dövləti kifayət qədər infrastruktur yaradıb ki, səhiyyəmiz inkişaf etmiş ölkələrin tibb sistemindən daha da önə çıxsın. Sadəcə səhiyyə sistemində işi doğru qurmaq lazımdır”.

N.Abdullayev növbəti pandemiya təhlükəsi yaradacaq virus haqqında bildirib ki, bu, adını son zamanlar çox eşitdiyimiz MERS-CoV (Middle East Respiratory Syndrome Coronavirus) virusudur: “Artıq ÜST tərəfindən bir neçə il ərzində toplam olaraq rəsmi 2400 təsdiq olunmuş virusa yoluxma var ki, bunlardan da 800 nəfəri dünyasını dəyişib. Almaniyada isə 3 nəfərdə olan virusa yoluxma 2-nin ölümü ilə nəticələnib”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar