Xəbər lenti
“Bakıdan generallar gəldi, bizi hədələyib 800 metr geri qovdular...”
Azərbaycan-Ermənistan sərhədinin Zəngilan rayonu istiqamətində erməni özünümüdafiə dəstəsinin komandiri azərbaycanlı hərbçilərin onları 800 metr geri qovduqlarını deyir.
Erməni KİV-ləri xəbər verir ki, hadisə Ermənistanın Sünik əyalətinin Azərbaycanla sərhəddə yerləşən Aravus kəndinin ətrafında baş verib.
Azərbaycan hərbçiləri sərhədin GPS sisteminin köməyi ilə müəyyənləşdirilməsi zamanı Aravus kəndinin ətrafında mövqe tutan erməni yaraqlılarından 800 metr geri çəkilməyi tələb ediblər. Kənd administrasiyasının rəhbəri Arqam Ovsepyan Azərbaycan hərbçiləri ilə danışıqlar aparıb “məsələni həll etməyə” çalışıb. Lakin Azərbaycan hərbçiləri Ovsepyanın başçılıq etdiyi yaraqlılardan tələb edib ki, dövlət sərhədini pozduqları üçün 800 metr geri çəkilməlidilər.
“Mən öz dəstəmlə dayanmışdım. Azərbaycanlılar şığıyıb gəldilər və bildirdilər ki, bura onların ərazisidir, ona görə də biz geri çəkilməliyik. Mən korpus komandirinə, Gorusun könüllülər ittifaqının sədri Melikset Poqosyana zəng vurdum. Onlar gəldilər. Sərhədi GPS-lə müəyyənləşdirdilər və nəticədə biz 800 metr geri çəkilməli olduq. Onlar tələb edirdilər ki, biz 800 metr geri çəkilək, amma bir həftədir dayanmışdıq, geri çəkilmirdik”,- Ovsepyan bildirib.
Ovsepyanın dediyinə görə, sərhədə gələn Azərbaycan generalları onun dəstəsini pilotsuz aparatlarla hədələyiblər. Başqa sözlə, Azərbaycan torpaqlarına soxulub burada mövqe tuta erməni yaraqlılarını onların anladığı dildə başa salıblar.
“Bakıdan generallar gəldi, bizi təcavüzkar adlandırmağa başladılar və hədələdilər ki, əgər saat 12-yə qədər torpaqlardan çəkilməsək onlar pilotsuz təyyarələrlə gələcəklər və bizim hərbçilərimizi yandıracaqlar. Nəticədə biz dünən 800 metr geri çəkildik”,- o bildirir.
Ovsepyan deyir ki, sərhədin haradan keçdiyini GPS-lə ölçüblər. Nəticədə onlar kəndə tərəf geri çəkilib. “Onlar habelə tələb etdilər ki, 500 metrlik neytral zonaya da əməl etməliyik, amma bu artıq kəndin evlərinə qədər gəlib çatırdı. Sonra onlar dedilər ki, Arazın sahilindən başlayaraq Gürcüstanla sərhədə qədər bütün bu sahəni tikanlı məftillərlə hasarlamağa hazırlaşırlar”,-Ovsepyan belə deyib.
Onun bildrdiyinə görə, məsələnin həllinə erməni sərhədçiləri də qarışmayıblar və görünür hesab ediblər ki, bu məsələ onların işi deyil.
Xatırladaq ki, bu günlərdə sosial şəbəkələrdə Azərbaycan-Ermənistan sərhədinin həmin hissəsində erməni özünümüdafiə dəstəsinin komandirinin Azərbaycan dilində azərbaycanlı hərbçilərlə söhbətinin görüntüləri yayılmışdı. Orada erməni komandir Azərbaycan zabitinə yaltaqlanaraq “qardaş” deyirdi və tərəflər sərhədin haradan keçdiyini müəyyən etmək üçün sabah görüşmək barədə razılığa gəlirdi./virtualaz.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar