Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
04-08-2026
BÜTÜN XƏBƏRLƏR

“Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım”.

Tarix: 08-12-2020 06:48     Baxış: 3222 A- / A+
Hamının şəhid bildiyi qazi: “Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini özümə saxlamışdım”
“Dörd gülləm qalmışdı, üçünü düşmənə, birini isə özümə saxlamışdım”.

Bu sözləri iki gün təmas xəttində yaralı vəziyyətdə qalan qazimiz Samir Səmədzadə deyib.

Qax rayonunun Turaclı kəndində anadan olan 21 yaşlı Samir Səmədzadə 29 sentyabrda cəbhəyə yollanıb.

Samir elə müharibənin ilk günlərindən silahdaşları ilə birlikdə döyüşə atılıb. O, noyabrın 8-də Şuşa istiqamətində gedən döyüşlərdə ayağından yaralanıb.

Samir həmin anı belə xatırlayır:

“Dostum yaralı idi. Onu çıxaranda ayağımdan vuruldum. Onun yarası yüngül idi. Mən isə özümdən getmişdim. Ayıldım ki, çox qan itirmişəm. Ayağımı bağladım, qan bir az azaldı. Hamı elə bildi ki, şəhid olmuşam.

Bir qardaşımız da qolundan yaralanmışdı. O, gecə ayılıb məni vurulan düşmən maşınının içinə saldı. Onun da taqəti qalmamışdı. Ayın 8-i səhərə kimi orada qaldım. İstəyirdim su içib, sonra şəhid olum. Ayın 10-u günortadan sonra bizimkilər gəlib şəhidləri götürəndə gördülər ki, sağam”.

Qeyd edək ki, qazimiz evlidir və bir qız övladı var. oxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar