Xəbər lenti
Koronavirus qripdən necə fərqlənir?
Mütəxəssislər Azərbaycanda koronavirusa yoluxma, eləcə də koronavirusdan ölüm hallarının səbəbinin artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər.
Manevr.az trend-ə istinadən bildirir ki, bir çox insanlar koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edərək, həkim nəzarəti olmadan, özləri özlərini müalicə etməyə çalışırlar.
Nəticədə də mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVİD-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.
TƏBİB-dən Trend-ə verilən məlumata görə, bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur.
Qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər. COVİD-19-un simptomları yüksək hərarət və ya üşütmə, öskürək, nəfəs darlığı və ya nəfəs almaq çətinliyi, yorğunluq və zəiflik, əzələ və ya bədən ağrısı, baş ağrısı, qoxu və dad itkisi, boğaz ağrısı, burun tutqunluğu və ya axması, mədə ağrısı, ishal, ürək bulantısıdır.
Qripin simptomları isə öskürək, yüksək hərarət (olmaya da bilər), boğaz ağrısı, burun tutqunluğu və ya axıntısı, əzələ və ya bədən ağrısı, baş ağrısı, yorğunluqdur:
"Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!"
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar