Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... (ŞƏKİLLƏR)

Tarix: 05-12-2020 15:09     Baxış: 4354 A- / A+
DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... (ŞƏKİLLƏR)


Dövlət Gömrük Komitəsinin əməkdaşı şəhid olub.

Manevr.az
xəbər verir ki, bu barədə DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov "Facebook” səhifəsində məlumat paylaşıb.

"Nigaran idik, amma ümidli idik... İtgin xəbərini aldığımızdan bəri yaşadığına inanırdıq. Qazi kimi dönəcəyinə, xidmət etdiyi gömrük postunda fəaliyyətini davam etdirəcəyinə inanırdıq. Qayıtdı, amma ŞƏHİD kimi...

Torpaqlarımızın azadlığı uğrunda canını qurban verərək qayıtdı, Hacıyev Ülvi Şirin oğlu. Vətən müharibəsinin başladığı ilk günlərdən könüllü olaraq cəbhəyə yollanmışdı. Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq ŞƏHİD olub, ən yüksək məqama yüksəlib. Şəhadətin mübarək, Vətən oğlu! Ruhun qarşısında baş əyirik, ŞƏHİDİM!

Allah rəhmət eləsin, ruhu şad olsun! AMİN!"

Qeyd edək ki, 26 yaşlı Ülvi Hacıyevdəb 50 gün idi xəbər yox imiş. O, sonuncu dəfə 15 oktyabr tarixində qohumları ilə əlaqə saxlayıb. Şəhid DGK "Azərterminalkompleks" Birliyinin əməkdaşıdır. Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü” gömrük postunda xidmət edib. Azərbaycan İqtisad Universitetinin bakalavr və magistratura pilləsini bitirib. Milli Ordu sıralarında hərbi xidmət keçib. İkinci Qarabağ müharibəsi başlayan zaman könüllü olaraq cəbhəyə yollanıb.

DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... (ŞƏKİLLƏR)
DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... (ŞƏKİLLƏR)
DGK-nin əməkdaşı şəhid oldu: 50 gün xəbər gəlmədi... (ŞƏKİLLƏR)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar