Xəbər lenti
Son sutkada 12 mindən çox insan pandemiyadan ölüb
Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı son 24 saatda 628 mindən çox artaraq 64,06 milyonu ötüb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
Eyni zamanda son sutkada dünyada təhlükəli infeksiyadan 12 mindən çox ölüm qeydə alınıb. Beləliklə, dünyada COVID-19-dan ölənlərin sayı 1,5 milyon nəfəri ötüb.
Təşkilata daxil olan məlumata görə, dünyada təhlükəli infeksiyaya 64 603 428 yoluxma və 1 500 614 ölüm haqqında məlumatlar daxil olub. Yoluxanların sayı bir gün ərzində 628 592 nəfər, ölənlərin sayı 12 161 nəfər artıb.
Gün ərzində yoluxmaların çoxu yenə də (293 320) Şimali və Cənubi Amerikanın payına düşür. Siyahıda ikinci yerdə Avropa (234 667), üçüncü yerdə cənub-şərqi Asiya (50 086) qərarlaşıb. Bu günə qədər sutkalıq rekord yoluxma noyabrın 14-də qeydə alınıb və 667 964 yoluxma təşkil edib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar