Xəbər lenti
"Mən kiməm ki, türk sülhməramlılarının Qarabağa gəlib-gəlməməsinə mövqe bildirim" - Rasim Musabəyov
Milli Məclisin deputatı Rasim Musabəyovun Rusiya mətbuatına verdiyi müsahibə birmənalı qarşılanmayıb.
Sosial şəbəkələrdə çoxları deputatı Türkiyə sülhməramlılarının Qarabağa gəlməsi əleyhinə danışmaqda ittiham edib.
Manevr.az xəbər verir ki, Rasim Musabəyov modern.az-a açıqlamasında müsahibənin 20 gün bundan əvvəl verildiyini bildirib:
“Mən axı kiməm ki, türk sülhməramlılarının Azərbaycana gəlib-gəlməməsinə hansısa mövqe bildirim... Rəsmi mövqe var. Rəsmi imzalanmış üçtərəfli bəyanat var. Orada hər şey göstərilib. Həmin sənəddə göstərilib ki, Türkiyə Monitorinq Mərkəzində Rusiya ilə birgə iştirak edəcək. Qarabağda ermənilərin yaşadığı məntəqələrə türk sülhməramlılarının yerləşdirilməsi nəzərdə tutulmayıb. Bunu da demişəm”.
Deputat fikirlərinin yozulmasının ayrı məsələ olduğunu da qeyd edib:
“Bu, sadəcə olaraq Rasimin fikri deyil. Bu rəsmi imzalanmış sənədlərdən çıxarılan nəticədir. Bunu da Rusiya auiditoriyası üçün səsləndirmişəm. İndi kimlər bunu başa düşmək istəmirlərsə, bu ayrı məsələdir. Kimlərsə nəyisə yozmaq istəyirlərsə, bu da ayrı məsələdir. Vəssalam!”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar