Xəbər lenti
ATXƏM-dən təhsillə bağlı vacib layihə - 15 şagirdə planşet təqdim edildi
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Pandemiya dövründə onlayn təhsil almaqda çətinlik çəkən şagird və tələbələrin planşetlə təmini" layihəsinin icrasını başa çatdırıb. Layihə 2020-ci ildə bütün dünyada başlayan Covid-19 pandemiyası dövründə məktəblərin bağlanmasından sonra onlayn təhsilə keçidlə bağlı yaranmış çətinliklərdən bəhs edib.
ATXƏM-in mətbuat xidmətindən bildiriblər ki, layihə çərçivəsində Bakı, Salyan, Laçın, Xocalı, İsmayıllı rayonlarından olan aztəminatlı ailələrin və həssas qurupların övladları olan 15 şagird və tələbəyə elektron resusrslar təqdim olunub.
Mərkəzdən bildirilib ki, Covid-19 pandemiyası dövründə bəzi sahələrdə yumşalmalar olsa da, təhsil sahəsi yeganə sahələrdən biridir ki, bu sahədə yumşalmaların olması daha çox risk daşıdığından məktəblər mart ayından başlayaraq bağlandı və hələ də onlayn təhsil sistemi davam edir. Uşaqların xüsusi risk altında olması və məktəblərin ən çox insanların kütləvi toplaşdığı yer olması onların bağlı qalmasını labüd edib. Belə bir situasiyada məktəblər ən çox onlayn sistemdə öz işlərini davam etdirir. Lakin onlayn təhsil sisteminə keçid dövründə ortaya bir çox problemlər çıxır. Aydındır ki, bəzi aztəminatlı ailələrin internetdən istifadəsi və ya şagird və tələbələrin komputer, planşetlə təmin olunmasında ciddi problemlər ortaya çıxır. Bu problemlər isə şagird və tələbələrin onlayn da olsa təhsil almasına əngəl yaradır, onlayn dərslərə qatılmasına imkan vermir. Bunu nəzərə alaraq təşkilat belə bir təşəbbüslə çıxış edib. Mərkəzdən bu cür layihələrin davam etdiriləcəyi də bildirilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar