Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qanunsuz ov edən balıqçılar tutuldu - VİDEO

Tarix: 02-12-2020 15:42     Baxış: 3150 A- / A+
Qanunsuz ov edən balıqçılar tutuldu - VİDEO


Su polisləri brokonyerlik edən şəxslərə maarifləndici tövsiyyələr veriblər.
DİN mətbuat xidmətindən verilən məlumata görə, müvafiq icazələri olmadan qanunsuz olaraq balıqçılıq və ovçuluqla məşğul olan şəxslərə qarşı Daxili İşlər Nazirliyi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən nəzarət tədbirlər davam etdirilir. Həyata keçirilən sonuncu tədbir zamanı Lənkəran şəhərində “Qızılağac” Milli Parkında qanunsuz balıq ovu ilə məşğul olan Lənkəran şəhər sakini Vüsal Səfərov tutulub. Baxış zamanı ona məxsus balıqovlama alətləri, qanunsuz olaraq tutduğu 70-ə yaxın balıq aşkar edilib. Araşdırma zamanı saxlanılan şəxsin balıqovlama biletinin olmadığı və qoruq ərazisində balıqları elektrik alətlərindən istifadə edərək ovladığı məlum olub.

İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı İmişli rayonunda qanunsuz balıq ovu ilə məşğul olan Rafət Cəfərov saxlanılıb. Baxış zamanı onun adı “Qırmızı” kitaba düşən ovlanması qəti qadağan edilən nəsli kəsilmək üzrə olan Poru balıqlarını tutduğu məlum olub.

Qeyd edək ki, Poru balığının bir ədədinin tutulmasına görə müvafiq qanunvericilikdə 275 manat miqdarında cərimə sanksiyası nəzərdə tutulur.

İdarə əməkdaşları tərəfindən Ağstafa rayonunda xidməti ərazidə keçirilən növbəti tədbir zamanı rayon sakini Qurban Musayev qanunsuz balıq ovlayan zaman saxlanılıb. Araşdırma zamanı bu şəxsin də elektrik avadanlıqlarından istifadə edərək qanunsuz olaraq balıq ovladığı məlum olub.

Qeyd edək ki, elektrik cihazları ilə tutulan balıqların istehlakı insanlarda müxtəlif növ xəstəliklərə səbəb ola bilər. Həmçinin bu üsul balıqların kütləvi məhvi ilə nəticələndiyindən istifadəsi qəti qadağandır.

Saatlı rayonunda qanunsuz olaraq quş ovu ilə məşğul olan şəxslərə qarşı da Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər həyata keçirilib. Nəticədə xidməti ərazidə çöl quşlarını müvafiq icazələri olmadan qanunsuz ovlayan şəxslər saxlanılıb. Onlardan qanunsuz ovladıqları müxtəlif növ quşlar, həmçinin ov alətləri aşkar edilərək götürülüb.

Sonda qeyd edək ki, Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən balıqçılıqla məşğul olan şəxslərin diqqətinə çatdırılır ki, Asan Xidmət Mərkəzlərində dövlət rüsumu ödəməklə müəyyən edilən qaydalarda balıq tutmaq mümkündür. Dənizdə və su hövzələrində tor qurmaq və elektrik avadanlıqlarından istifadə etməklə balıq tutmaq isə qanunla qəti qadağan olunub.

Qeyri-qanuni balıqçılıq və ovçuluq fəaliyyəti ilə məşğul olan, qanunsuz ov alətlərindən istifadə edən şəxslərə qarşı Cinayət və İnzibati Xətalar Məcəllələrində nəzərdə tutulan qaydada cəza, eləcə də cərimələr tətbiq edilir.

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən həmçinin qanun pozuntusuna yol verərək Xəzər dənizindən çəkilən dəmir boru kəmərləri və müxtəlif təyinatlı naqilləri kəsib satışını təşkil edən şəxslərə qarşı da mübarizə tədbirləri mütəmadi olaraq davam etdirilir.

Sonda vətəndaşlardan Xəzər dənizində, su hövzələrində və qoruqlarda, eləcə də milli parklarda hər hansı bir qanun pozuntusu ilə rastlaşdıqları halda Su Nəqliyyatında Polis İdarəsinin 012-433-38-12 və 012-433-38-02 nömrələrinə zəng edərək məlumat vermələri xahiş edilir.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar