Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiya milyarderləri arasında bu il sərvəti ən çox azalan Vahid Ələkbərov olub

Tarix: 01-12-2020 20:45     Baxış: 4185 A- / A+
Rusiya milyarderləri arasında bu il sərvəti ən çox azalan Vahid Ələkbərov olub


Bu ilin əvvəlindən "Bloomberg Billionaires Index"də yer alan Rusiya milyarderlərinin xalis sərvəti ümumilikdə 13,6 mlrd. ABŞ dolları azalıb.

Manevr.az bildirir ki, "APA-Economics"in verdiyi məlumata görə, 2020-ci ildə Rusiya milyarderlərinin arasında ən çox maliyyə itkiləri ilə üzləşən ölkənin ən böyük özəl neft şirkəti sayılan "Lukoil"in Azərbaycan əsilli rəhbəri Vahid Ələkbərov olub. Bu ilin dekabrın 1-nə xalis sərvəti 16,6 mlrd. dollar təşkil edən V. Ələkbərov cari ilin 11 ayında 5,67 mlrd. dollar (25,5%) itirib.

Güclü maliyyə sarsıntıları yaşayanlar sırasında həmçinin, hazırda xalis sərvəti 15,2 mlrd. dollar olan "Volga Group"un rəhbəri Gennadi Timçenko, "Lukoil"in vitse-prezidenti Leonid Fedun (6,4 mlrd. dollar) və "Novatek" şirkətinin İdarə Heyətinin sədri Leonid Mixelson (23 mlrd. dollar) yer alıb. Sözügedən iş adamlarının sərvətləri bu il müvafiq olaraq 2,97 mlrd. dollar, 2,71 mlrd dollar və 1,53 mlrd. dollar azalıb. Bu milyarder gəlirlərinin əsas hissəsini energetika sahəsində əldə edib.

Qeyd edək ki, "Bloomberg Billionaires Index"də Rusiya milyarderləri arasında birinci pillədə Vladimir Potanin qərarlaşıb. "Interros" və "Nornikel" şirkətlərinin rəhbərinin xalis sərvəti 2020-ci ilin dekabrın 1-nə 27,6 mlrd. dollar təşkil edir. Bu məbləğ il ərzində 409 mln. dollar azalıb. İkinci yerdə 23 mlrd. dollar sərvəti olan Leonid Mixelsondur. V. Ələkbərov isə sərvətin həcmi üzrə Rusiya milyarderləri arasında 7-ci olub.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar