Xəbər lenti
Bayrağımızı paltar kimi geyinmək olarmı? - Deputat
Dövlət Bayrağının paltar halına gətirilib geyinilməsini doğru hesab etmirəm.
Manevr.az xəbər verir ki, bu sözləri kult.az-a açıqlamasında millət vəkili Fazil Mustafa son günlər bəzi müğənnilərin efirlərdə Dövlət Bayrağımızı paltar kimi geyinməsi haqda danışarkən deyib.
O bildirib ki, hər bir insan qələbə sevincini öz dünyagörüşünə görə ifadə edir:
“Müharibədə qələbə qazanmışıq. Belə bir vəziyyətdə müğənnin də haqqı var ki, istədiyi şəkildə bu sevincini ifadə etsin. Bayrağın paltar formasında geyinilməsini müsbət qarşılanmıram, ancaq nəzərə almaq lazımdır ki, indi qələbə dövründə hər bir şeyə detallı şəkildə qadağa qoymağımız yanlışdır. Ona görə də insanların bu cür addımlarını çox da şişirtmək lazım deyil. Ara sakitləşəndən sonra hər şey öz məcrasına düşəcək”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar