Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ruslar Xocalı aeroportunda böyük çadırlar qurdu

Tarix: 30-11-2020 14:27     Baxış: 3202 A- / A+
Ruslar Xocalı aeroportunda böyük çadırlar qurdu

Qarabağa gələn Rusiya sülhməramlıları Azərbaycanın Xocalı aeroportu yaxınlığında səhra hospitalı qurublar.

Manevr.az Koordinat.az-a istinadən xəbər verir ki, uçuş zolağının yaxınlığında qurulan hospitalda reanimasiya, diaqnostika, cərrahiyyə və stamotoloji kabinetlər fəaliyyət göstərəcək. Rusiya Müdafiə Nazirliyi bildirib ki, xüsusi təyinatlı tibb heyəti sülhməramlılar üçün tibbi dəstək verəcək və tanınmamış "Dağlıq Qarabağ əhalisi"nə lazımi tibbi yardım göstərəcək.

Ötən gün Qarabağa hərbi cərrahlar, anestezioloq-reanimatoloqlar, terapevtlər və epidemioloqlar daxil olmaqla 60-dan çox tibb mütəxəssisinin birinci hissəsi gəlib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ümumilikdə, Şərq Hərbi Dairənin xüsusi təyinatlı tibbi heyətinin tərkibində 122 hərbçi, 54 ədəd avtomobil və xüsusi texnika, 66 ton yük tanınmamış Dağlıq Qarabağa köçürüləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar