Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

"İnterpol" axtarırdı: Sumqayıtda tapıldı

Tarix: 26-11-2020 16:55     Baxış: 4209 A- / A+
"İnterpol" axtarırdı: Sumqayıtda tapıldı

Noyabrın 26-da Baş Prokurorluğa Türkiyənin hüquq mühafizə orqanlarının İnterpol kanalları ilə beynəlxalq axtarışa verdiyi Yağmur Erbay Mustafa oğlunu noyabrın 25-də Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşlarının saxlamasına dair məlumat daxil olub.

Baş Prokurorluqdan verilən məlumata görə, Müəyyən edilib ki, Türkiyə hüquq-mühafizə orqanları tərəfindən Türkiyə Cinayət Məcəlləsinin 81, 82/l-A (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən həmin ölkənin vətəndaşı, 16.06.1981-ci il təvəllüdlü Yağmur Erbay Mustafa oğlu barəsində beynəlxalq axtarış elan olunub.

1957-ci il tarixli “Ekstradisiya haqqında” Avropa konvensiyasının tələblərinə əsasən Yağmur Erbay Mustafa oğlunun törətdiyi cinayətə görə Türkiyəyə ekstradisiya məsələsi həll edilənə qədər cinayət prosessual qanunvericiliyinə uyğun olaraq barəsində Sumqayıt şəhər prokurorluğunun təqdimatı əsasında məhkəmənin qərarı ilə 40 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda Baş Prokurorluq tərəfindən Yağmur Erbay Mustafa oğlunun Türkiyəyə ekstradisiya məsələsinin həll edilməsindən ötrü zəruri tədbirlər davam etdirilir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar