Sizin Reklam Burada
Xəbər lenti
03-02-2025
02-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA

Tarix: 26-11-2020 16:15     Baxış: 4169 A- / A+
Ordumuz Kəlbəcərə niyə Ağdərə yolundan getmədi? - AÇIQLAMA

Ermənistana verilən 10 günlük əlavə möhlət bitdiyi andan- noyabrın 25-dən Azərbaycan Ordusu iki istiqamətdən Kəlbəcərə daxil oldu. Müdafiə Nazirliyinin açıqladığı rəsmi məlumata görə, əsgərlərimiz hərbi texnika ilə birlikdə Daşkəsən və Göygöl istiqamətindən Kəlbəcər ərazisinə girib. Amma Kəlbəcərlə həmsərhəd olan Ağdərə istiqamətindən giriş daha rahat olduğu halda, bu yolun istifadə edilməməsi mübahisələrə səbəb olub.

Manevr.az xəbər verir ki, bu barədə modern.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov diqqətə çatdırıb ki, hansı istiqamətdən hansı qüvvələrin daxil olması planlı şəkildə ordu rəhbərliyi tərəfindən müəyyənləşdirilib:

“Biz bilmirik, burada hansı amillər daha böyük rol oynayır. Murovdağdan oraya yol daha yaxındır, nəinki Ağdərə istiqamətindən. Ola bilər ki, orada olan hərbi hissələr o istiqamətdədir, yaxın olduğu üçün oranı seçiblər. Hər hansı bir tapşırığı yerinə yetirərkən oraya təsir edən optimal bir variant axtarılır.

Ağdərə yolundansa, Daşkəsən və Göygöl tərəfindən Murovdağ silsiləsinə gedən yol daha əlverişli sayılır. Ağdərə istiqamətində yerləşən hərbi hissələr Kəlbəcərə getməli olsaydı, o yolu seçərdilər. Bizim əvvəlki təmas xəttindən Kəlbəcərə 30-40 km yol var. Ağdərə yolu seçilsəydi, 200 km yol getməli idik”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar