Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda “hamilə kişi” qalmaqalı ilə bağlı TƏBİB-dən AÇIQLAMA - ŞƏKİL

Tarix: 24-11-2020 15:30     Baxış: 3238 A- / A+
Azərbaycanda “hamilə kişi” qalmaqalı ilə bağlı TƏBİB-dən AÇIQLAMA - ŞƏKİL

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dünən sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı yayılan xəbərlərə münaasibət bildirib.

TƏBİB-dən verilən məlumata görə, məsələ barədə araşdırma aparılıb:

“Araşdırma nəticəsində məlum olub ki, 23 noyabr 2020-ci ildə Xaçmaz şəhər sakini İlkin Əzməmmədova təqdim olunan sənəddə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının kargüzarı Səmra Hacıyeva tərəfindən mexaniki səhvə yol verilib.

Belə ki, Səmra Hacıyeva vətəndaşa şəkərsiz diabetlə bağlı göndərişi öz xidməti kompüterindəki hamiləliklə bağlı hazırlanmış sənədin surəti üzərində hazırlayıb. Bu zaman hamiləlik sözünü silməyi unudub.

Sənəd çap edildikdən sonra elə yerindəcə səhv aşkarlanıb və düzəliş olunaraq vətəndaşa düzgün variantda arayış təqdim olunub. Kargüzar arayışı yenidən tərtib edən zaman vətəndaş stolun üzərindəki ilkin çap olunmuş arayışın fotosunu çəkərək, sosial şəbəkə hesabında paylaşıb”.

“Məsələ ilə bağlı İlkin Əzməmmədovla da əlaqə saxlanılıb. O, paylaşımı zarafatla etdiyini və daha sonra sildiyini bildirib. İlkin Əzməmmədov bunu öz izahatında da təsdiqləyib. Həmin izahatı təqdim edirik”, - deyə qurumdan qeyd edilib.oxu.az

Manevr.az
Azərbaycanda “hamilə kişi” qalmaqalı ilə bağlı TƏBİB-dən AÇIQLAMA - ŞƏKİL
Azərbaycanda “hamilə kişi” qalmaqalı ilə bağlı TƏBİB-dən AÇIQLAMA - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar