Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Üç dildə “Biz birlikdə güclüyük” adlı elektron toplu yaradılıb

Tarix: 23-11-2020 13:53     Baxış: 2187 A- / A+
Üç dildə “Biz birlikdə güclüyük” adlı elektron toplu yaradılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının və Diasporla İş üzrə Dövlət Komitəsinin birgə maliyyələşdirdiyi layihə əsasında Azərbaycan, rus, ingilis dillərində “Biz birlikdə güclüyük” adlı elektron toplu yaradılıb.

Manevr.az xəbər verir ki, “Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi tərəfindən həyata keçirilən layihənin əsas məqsədi Azərbaycandakı milli icmaları diaspor fəaliyyətinə təşviq etmək, ölkəmizin milli zənginliyini dünyaya tanıtmaqdır.
Azərbaycanda tarixən mövcud olmuş milli müxtəlifliyin, multikultural və tolerant cəmiyyətin inkişaf etdirilməsi bu gün dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycançılıq ideologiyasının banisi, ümummilli lider Heydər Əliyev bir fikri xüsusi vurğulayırdı ki, çoxmillətli ölkə olmağımız bizim sərvətimizdir və bunu nümunə kimi dünyaya təqdim etməliyik. Bu gün ölkəmizdə müxtəlif xalqların və dinlərin nümayəndələri dinc yanaşı yaşayır və Azərbaycanın ümumi tərəqqisinə öz töhfələrini verirlər.

Müasir zamanın yeni çağırışları fonunda hər bir ölkənin dünyada mövqeyinin, beynəlxalq nüfuzunun artması üçün mütəşəkkil diasporun olması da mühüm amildir. Çoxmillətli ölkənin güclü diasporunun formalaşması eyni zamanda bu prosesdə milli icmaların yaxından iştirakını, eləcə də digər dost xalqların diasporları ilə əməkdaşlığı zəruri edir. Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi son dövrlər bu istiqamətlərdə aktiv fəaliyyət göstərir, o cümlədən müxtəlif ölkələrin diaspor təşkilatları ilə əlaqələri inkişaf etdirir. Yaşadığımız pandemiyanın doğurduğu reallıqlar göstərir ki, bu xüsusda internet məkanında da çox iş görmək olar.

İctimai birlikdən verilən məlumata görə, üç dildə tərtib edilən yeni informasiya resursu Azərbaycandakı milli zənginliyi əks etdirmək, milli icmaları ümum-Azərbaycan maraqları naminə həmrəyliyə təşviq etməklə bərabər, həmçinin Diasporla İş üzrə Dövlət Komitəsinin bu istiqamətdə fəaliyyətinə ictimai dəstək məqsədi daşıyır.

“Effektiv Təşəbbüslər Mərkəzi” İctimai Birliyi 2009-cu ildən QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə “azerbaycanli.org – milli eyniyyətdən qlobal dünyaya pəncərə” platformasında silsilə layihələr həyata keçirir. Yeni layihə çərçivəsində təşkilatın 12 ildir fəaliyyət göstərən saytı (www.azerbaycanli.org) da dizayn baxımdan yenilənib və üç dildə (Azərbaycan, rus, ingilis) daha geniş imkanlara malik proqram təminatı yaradılıb.
“Biz birlikdə güclüyük” adlı elektron toplu hər üç dildə təşkilatın saytında yerləşdirilib.
https://azerbaycanli.org/page/488
https://azerbaycanli.org/ru/page/488
https://azerbaycanli.org/en/page/488


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar