Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” - ŞƏKİL

Tarix: 21-11-2020 20:52     Baxış: 4289 A- / A+
Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” - ŞƏKİL

"Oktyabrın 6-dan bəri Amindən xəbər ala bilmirik. Ailəsi çox narahatdır. Anasının vəziyyəti də çox pisdir”.

Manevr.az xəbər verir ki, bu sözləri azxeber.com-a açıqlamasında ermənilər tərəfindən əsir götürülən əsgərimiz Amin Musayevin dayısı Sənan Sadıqov deyib.

O bildirib ki, Amin atasız böyüyüb:

"Bəziləri sosial şəbəkələrdə Aminin atasının adından yazıblar ki, guya Amin Azərbaycana qaytarılıb. Amma bu yalandır. Aminin atası bir neçə il bundan öncə dünyasını dəyişib. Amin evin tək uşağıdır. Anası bu xəbəri eşidəndən özünə gələ bilmir”.

Sənan Sadıqov deyib ki, Aminlə bağlı heç bir xəbər ala bilmirlər:

"Bizə onun aqibəti ilə bağlı heç bir məlumat verilməyib. Çox narahatıq”.

Aminin xalası Sadıqova Hicran isə deyib ki, onlar dövlətimizə və Ali Baş Komandana güvənirlər:

"Biz dövlətimizdən və Ali Baş Komandanımızdan çox razıyıq. Əminik ki, dövlətimizin sayəsində Amin evinə sağ-salamat qayıdacaq”.

Qeyd edək ki, noyabrın 12-də "ANNA News” YouTube kanalında Aminə rus jurnalisti tərəfindən tibbi yardımın göstərilməsi ilə bağlı video paylaşılıb.

Bir neçə gün sonra isə ermənilər özlərini ifşa edərək, Aminə işgəncə verilməsi ilə bağlı görüntülər yayımlayıb. Ondan sonra isə Amindən xəbər yoxdur.

Manevr.az
Əsir düşən əsgərimizin dayısı: “Amin evin tək uşağıdır, atasız böyüyüb” - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar