Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Tanınmış diktor Sabir Ələsgərov vəfat edib

Tarix: 21-11-2020 06:34     Baxış: 4186 A- / A+
Tanınmış diktor Sabir Ələsgərov vəfat edib

Azərbaycanın xalq artisti, tanınmış diktor Sabir Ələsgərov vəfat edib.

Bunu əməkdar jurnalist, professor Qulu Məhərrəmli təsdiqləyib.

O, qeyd edib ki, S.Ələsgərov bu gün 84 yaşında vəfat edib və dəfn olunub: "Sabir Ələsgərov bizim televiziyamızın və radiomuzun tarixində özünəməxsus dəsti-xətti olan, bir çox verilişlərin aparıcısı və diktor məktəbimizin çox parlaq nümayəndəsi kimi yaddaşlarda qalacaq".

Qeyd edək ki, Sabir Mәmmәd oğlu Ələsgərov 27 oktyabr 1936-cı ildə Tbilisidə anadan olub. 1961-ci ildə Azәrbaycan Pedaqoji Rus Dili vә Ədәbiyyatı İnstitutunu bitirib. Azәrbaycan Dövlәt Teleradio Verilişlәri Komitәsindә (indiki Azәrbaycan Televiziya vә Radio Verilişlәri QSC) fәaliyyәtә başlayan S.Ələsgərov 1966–72 illәrdә radionun, 1972–90 illәrdә televiziyanın baş diktoru, 1990–2006 illәrdә televiziyanın diktorlar şöbәsinin müdiri olub. "Xәbәrlәr" informasiya proqramının, "Sәadәt", "Günün nәbzi", "Sәfa" vә s. verilişlәrin daimi aparıcısı olub. Hökumәt tәdbirlәri vә bayram şәnliklәrindәn reportajların, dövlәt әhәmiyyәtli verilişlәrin hazırlanıb efirә verilmәsindә yaxından iştirak edib. lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar