Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Bu gündən küçədə qoruyucu maskadan istifadə etməyənlər cərimələnəcək

Tarix: 21-11-2020 06:29     Baxış: 3170 A- / A+
Bu gündən küçədə qoruyucu maskadan istifadə etməyənlər cərimələnəcək

Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən noyabrın 21-dən dekabrın 28-dək ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə karantin rejimi qismən sərtləşdirilib.

Yeni qərara əsasən bu gündən etibarən açıq havada və qapalı məkanlarda qoruyucu maskadan istifadə etmək məcburidir. Bu müddət ərzində qoruyucu maskadan istifadə etməyən şəxslər qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsinə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə edilir. Həmin xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 1 il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə edilir. xeberoxu.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar