Xəbər lenti
"İtirilmiş uşaqlığım geri qayıtdı" -Məşhur ağdamlı aparıcı

Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri, məşhur aparıcı, Ağdamdan olan Günay Yelmarqızı €doğma torpağının işğaldan azad edilməsinə olduqca sevindiyini dilə gətirib:
"Qarışıq duyğular içindəyəm. O qədər gözəl duyğudur ki, sözlə ifadə edə bilmirəm.
10 yaşım olanda Ağdamdan mərmilər altında çıxmaq məcburiyyətində qaldım.
27 ildən sonra mənim doğulduğum torpaq işğaldan azad edilib.
Bu mənim itirilmiş uşaqlığımın geri qayıtmasıdır.
Mən bu gün böyüdüm.Çünki həmişə deyirdim ki, Azərbaycan əsgərinin Ağdama qədəm qoyduğu gün mənim böyüdüyüm gün olacaq.
Uşaqlığını itirən insan yarımçıq olur. İllərdir bir tərəfim yarım idi. Məcburi köçkünlük mənim içimdə yaralar qoymuşdu.
44 günün içində Azərbaycan əsgərinin azad etdiyi hər qarış torpaqla o yaralar mənim içimdə sevinc göz yaşına çevrilərək, axıb getdi.
Onun pik nöqtəsi Ağdamın azad olunması idi.
Mənim üçün Vətən Ağdamdan başlayır. Bu böyük tarixi qələbədir.
Mən buna görə igid Azərbayacan əsgərinə və bu qüdrətli ordunun Ali Baş Komandanına təşəkkür edirəm.
Mən Ağdama qayıdacağam və oranın inkişafı üçün əlimdən gəldiyi qədər köməklik göstərəcəm". big.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar