Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər

Tarix: 19-11-2020 14:13     Baxış: 3440 A- / A+
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər

9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü ölkənin hər yerində böyük təntənə və xüsusi çoşqu ilə qeyd olunub. Bu il Bayraq Gününün xüsusi özəlliyi bir gün öncə Azərbaycanın mədəniyyət beşiyi, Qarabağın baş tacı Şuşa şəhərinin işğaldan azad olunması ilə bağlıdır.

Manevr.az xəbər verir ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsinin sevincini yaşayan paytaxt sakinləri noyabrın 9-da Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman vətən övladlarının xatirəsini anıblar.

Dövlət Bayrağı Günü “Azman holdinq” şirkətində də təntənə ilə qeyd olunub. Belə ki, şirkətin kollektivi Bayraq Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin məzarlarını ziyarət ediblər. Ulu öndərin və şəhidlərin xatirəsini hər zaman uca tutan şirkət nümayəndələri onların ruhuna dualar oxuyub, məzarları önünə tər qərənfillər düzüblər.

“Azman holdinq”in nümayəndələri həmin gün İkinci Fəxri Xiyabanda dəfn olunmuş qəhrəman şəhidlərin də məzarlarını ziyarət ediblər. İyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş general-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyevin məzarları önünə gül dəstələri qoyulub, onların ruhuna dualar oxunub.

Bundan sonra şirkətin kollektivi Sumqayıta yollanaraq ölkənin üçüncü ən böyük şəhərindəki Şəhidlər Xiyabanında uyuyan vətən oğullarının, o cümlədən 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancana döyüşərək şəhid olmuş əfsanəvi kəşfiyyatçı polkovnik Raquf Orucovun məzarlarını ziyarət ediblər. Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatları nəticəsində Dağlıq Qarabağda və onun ətrafında bir çox şəhər, qəsəbə və kəndlərimizin, xüsusilə də Qarabağın dilbər guşəsi Şuşa şəhərinin işğaldan azad edilməsi hər kəsə əvəzolunmaz hisslər yaşadır, məcburi köçkün həmvətənlərimizin 30 illik həsrətinə son qoyur. Qırx gündən çox davam edən hərbi əməliyyatlar nəticəsində işğaldan azad edilmiş torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması bütün dünyaya Azərbaycan xalqının əzmini, gücünü və birliyini göstərdi.

Manevr.az
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər
“Azman holdinq”in Bayraq Günü sevinci- Şəkillər

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar