Xəbər lenti
Əsgər Vüqar Əmrayevin evinə qaz çəkildi
Bu gün sosial şəbəkələrdə Astara rayonu Şiyəkəran kəndindən olan əsgər Vüqar Xudaverdi oğlu Əmrayevin video müraciəti yayımlanıb. Müraciətdə bildirilir ki, o, ailəlidir, iki övladı var. Könüllü olaraq torpaqlarımızın azadlığı uğrunda əks-hücum əməliyyatlarına qoşulub. Sosial şəbəkələrdə yayılan görüntülərdə iddia edilir ki, onun yaşadığı fərdi yaşayış evindən qaz sayğacı sökülərək aparılıb və ailəsi soyuq havada qazsız qalıb.
“Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin göstərişi ilə məsələ dərhal nəzarətə götürülüb. Məlum olub ki, bu ailə ümumiyyətlə qazdan istifadə etmir, abonentimiz deyil və sözsüz ki, sayğacları da yoxdur. Məlumatda yanlışlığa yol verilib. Lakin buna baxmayaraq Birliyin rəhbərliyi bu əsgər ailəsinin qazla təchizatını üzərinə götürməklə bu gün çox qısa vaxt ərzində Lənkəran Regional qaz istismarı İdarəsinə qazlaşma işlərinin aparılmasını tapşırıb. Artıq haqqında danışılan ailə qazdan istifadə edir.
Hər kəsdən xahiş edirik ki, bu və ya digər hallarda qaz təsərrüfatına dair məlumatlar paylaşılmazdan öncə “Azəriqaz” İB-nin mövqeyini öyrənəsiniz.
Məlumata əsgər Vüqar Əmrayevin atası Xudaverdi Əmrayevlə söhbətin video materialını əlavə edirik: https://youtu.be/7UIB44YsWAQ
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar