Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur - VİDEO

Tarix: 18-11-2020 18:49     Baxış: 3221 A- / A+
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur - VİDEO

Qədim xəritələrimizdə və digər mənbələrdə olan tarixi adlarımızın siyahısı hazırlanır. İndi həmin tarixi adlarımızın və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır.

Məsələ ilə bağlı Baku TV-yə danışan tarix elmləri doktoru Qasım Hacıyev bildirib ki, ermənilər nəinki bizim abidələrimizi dağıdır, onlar hətta bizim toponimlərimizi də dəyişdirib, özününküləşdirirlər.

İşğaldan azad edilən ərazilərdə erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, artıq Dilçilik, Tarix, Coğrafiya institutları bu istiqamətdə işlər aparırlar.

Akademik əlavə edib ki, yeni yer adlarının müəyyən edilməsi zamanı həm tarixi toponimlər, həm də Azərbaycan ordusunun Vətən Müharibəsində etdiyi qəhrəmanlıqlarla, yeni tarixin nişanələri ilə bağlı yer adlarının qoyulması təklif edilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar