Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO

Tarix: 18-11-2020 17:23     Baxış: 4259 A- / A+
“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO


Mingəçevirdən olan iki qardaş - Əli və İslam Əhmədovlar II Qarabağ müharibəsində Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə eyni gündə şəhidlik zirvəsinə ucalıblar.

Manevr.az
xəbər verir ki, şəhidlərin anası Sevinc Əhmədova "ATV xəbər”ə müsahibəsində bildirib ki, qardaşlar millətini, xalqını çox sevirdi:

"İslam həmişə deyirdi ki, ana, mən şəhid olacağam. Həmişə onu deyirdi. Əli də institutu qurtarıb əsgərliyə getdi, sülhməramlıya düşdü. 6 ay Bakıda, 6 ay da Əfqanıstanda qulluq elədi. İslam həmişə deyirdi ki, ana, sən fəxr elə ki, oğullarının ikisi də əsgərlikdə medal alıb gəlib”.

Ananın sözlərinə görə, Vətən müharibəsinin ilk günü əvvəl kiçik, bir neçə saat sonra isə böyük oğlunun şəhid xəbərini alıb:

"Birinci İslam şəhid olub, sonra Əli. Amma birinci Əli gəlib, böyük qardaşı İslama yol verib ki, qoy birinci böyük qardaşım getsin. Əlini dəfn edib gələndən sonra İslamı gətirdilər”.

Sevinc ana deyib ki, ailə Əlinin toyuna hazırlaşırdı. O, vağzalı çaldırıb gəlin gətirəcəyi günün xəyallarını qurarkən iki oğlunu birdən son mənzilə yola salıb:

"İslam subay idi, Əliyə nişan etmişdik. Evi təmir edirdik. Yanvarın 5-də Əlinin ad günü idi, dedik, onda elə toyunu da edərik”.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar