Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq? - AAYDA

Tarix: 18-11-2020 11:35     Baxış: 3273 A- / A+
Yeni Şuşa yolunun çəkilişi nə vaxt başa çatacaq? - AAYDA


"Əhmədbəyli-Füzuli-Şuşa yolunun çəkilməsi bir ilə başa çatacaq”.

Manevr.az xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Prezident İlham Əliyevin Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı sərəncamına aydınlıq gətirərkən deyib. Anar Nəcəfli bildirib ki, buna səbəb uçurumlu ərazilərin olmasıdır:

"Yeni yoldur, həm də bir az çətin ərazidir. Ona görə yolun çəkilməsi bir ilə planlaşdırılır. Yol dağlar, meşələr və uçurumlu ərazilərdən keçir. Füzuliyə kimi olan hissəsi rahatdır. Ondan sonra Daşaltı və Şuşaya qalxan ərazilər gəlir ki, bu da çətindir. Demək olar ki, yol yoxdur, dağıdılıb”.

Anar Nəcəfli əlavə edib ki, yolun bir hissəsi hazır olan kimi gediş-gəliş bərpa olunacaq:

"Bu, o demək deyil ki, yol hazır olana kimi ora heç kim getməyəcək. Yolun bir hissəsi istifadəyə verilən kimi gediş-gəliş olacaq”.

Qeyd edək ki, Prezident İlham Əliyev Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 50 milyon manat ayrılıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar