Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

Güzəştli mənzil əldə etmək istəyənlərin nəzərinə: Satışlara start verilir

Tarix: 18-11-2020 11:23     Baxış: 4146 A- / A+
Güzəştli mənzil əldə etmək istəyənlərin nəzərinə: Satışlara start verilir


Hövsan Yaşayış Kompleksində mənzillərin satışına start verilir.


Mənzil İnşaatı Dövlət Agentliyindən verilən məlumata əsasən, satışa ümumilikdə 501 mənzil çıxarılır.

Belə ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi Zığ şosesi-Hava Limanı 12-ci km, 22 ünvanında yerləşən Hövsan Yaşayış Kompleksinin 1 saylı binası üzrə 27, 4 saylı binası üzrə 121, 5 saylı binası üzrə 260 və 6 saylı binası üzrə 93 mənzilin satışı həyata keçiriləcək.

Prosesə 18 dekabr 2020-ci il tarixində saat 11:00 start veriləcək və bu, 28 dekabr 2020-ci il, saat 11:00-dək davam edəcək.

Eləcə də, “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçiminə 22 dekabr 2020-ci il tarixində, saat 11:00-da başlanılacaq və 28 dekabr 2020-ci il, saat 11:00-dək davam edəcək.

Bildirilib ki, Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir və yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olan vətəndaşlar mənzil almaq hüququna malikdir.

Elektron kabinetə sahib olan bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdir.

“Güzəştli mənzil” sistemindən istifadə qaydası ilə bağlı ətraflı məlumatla www.mida.gov.az və www.mida.az internet saytlarının ana səhifələrində “Güzəştli mənzil sistemi” keçidi vasitəsilə tanış ola bilərsiniz.

Satışa çıxarılan mənzillər haqqında ümumi məlumatı müvafiq linkdən əldə edə bilərsiniz.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar