Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Necə edək ki, tövbəmiz həqiqi olsun?

Tarix: 15-11-2020 23:17     Baxış: 4166 A- / A+
Necə edək ki, tövbəmiz həqiqi olsun?

Əxlaq alimlərinin nəzərinə görə, tövbə 3 haldan ibarət olmalıdır: elm, hal və əməl. Əgər kimsə həqiqi tövbə etmək istəyirsə, gərək bu üç mövzuya xüsusi əhəmiyyət versin. Yəni, insan əvvəl günahın çirkinliyini dərk etməlidir. Sonra qəlbində peşmançılıq halı yaranmalıdır. Nəhayət əməldə günahını tərk edib, tövbə etməlidir.

Manevr.az deyerler.org-a istinadən bildirir ki, эgər insan günahı tərk edərsə, bu, Allahın inayəti sayəsində baş verər. O zamana qədər ki, İlahi lütf insana nəsib olmayıbdır, tövbənin həyata keçməsi imkansızdır.

Əllamə Təbatəbai buyurur: "Bəndənin tövbəsi - həsənədir və həsənənin gücə ehtiyacı vardır. Həsənəni yerinə yetirmək gücünü isə Allah verir".

O, tövbənin amillərini hazırlayar və bəndəyə tövfiq verər ki, tövbə edə bilsin. Bəndəsinə Ona doğru qayıtması üçün şərait yaradar.

Ona görə də tövbə etməzdən əvvəl Allahdan yardım istəməli və ondan sonra tövbə mərhələsinə daxil olmaq lazımdır. Əgər bəndə tövbə etməyi bacararsa, deməli İlahi lütf ona nəsib olmuşdur və bu lütfə görə Allaha şükür etməlidir. (Beytutə)

Beləliklə deyə bilərik ki, həqiqi tövbə üçün üç halın olması mühümdür: elm, hal və əməlin. Bunların meydana gəlməsi üçün isə Allahdan tövbə tövfiqi istəmək lazımdır. Yalnız bu zaman insanın etdiyi tövbə həqiqi tövbə olar.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar