Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Avropadakı türklərdən azərbaycanlı uşaqlara zəfər bayramı hədiyyəsi

Tarix: 11-11-2020 15:02     Baxış: 2189 A- / A+
Avropadakı türklərdən azərbaycanlı uşaqlara zəfər bayramı hədiyyəsi


Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi, Qarabağın erməni quldur birləşmələrindən təmizlənməsi dünyada yaşayan azərbaycanlıların, eləcə də bütün Türk dünyası sevdalılarının ürəyincə olub. Ölkəmizin apardığı Vətən müharibəsinə hər kəs səfərbər olub öz dəstəyini göstərməyə çalışdı.

Manevr.az-a verilən məlumata görə, sentyabrın 27-dən başlayan və Azərbaycanın tam qələbəsi ilə nəticələnən bu müharibə döyüş bölgəsi ilə yanaşı, beynəlxalq aləmdə də gedirdi; bütün diaspor nümayəndələrimiz, türk xalqlarının nümayəndələri yaşadıqları öz ölkələrində Azərbaycanın haqq işinə dəstək verir, bizimlə birgə olduqlarını hər cür vasitə ilə bildirirdilər.

Yalnız bu günlərdə deyil, uzun illər Azərbaycanın haqlı davasında onun yanında yer alan, Avropada Azərbaycan həqiqətlərinin tanınmasında müstəsina xidmətləri olan Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi və Belçika Gent Türk Ocaqlarının keçmiş dönəm başkanı Rəcəb Tuncər Sarı da bu günlərdə öz fəaliyyətləri ilə yenidən hər kəsə örnək oldular. Onlar yaşadıqları ölkə mediasında Azərbaycanın haqlı davasını anlatmaqla yanaşı, həm də qələbəmiz üçün əllərindən gələn dəstəyi göstərmiş oldular.

Onların təşəbbüsü ilə Azərbaycanın Qarabağda əldə etmiş olduğu zəfər günündə Qarabağ müharibəsindən zərər çəkmiş ailələrin övladları üçün 223 ədəd hədiyyə qışlıq geyəcəklər zəfər günü münasibətilə uşaqlara hədiyyə olaraq paylanılıb. Əsasən Pirşağı qəsəbəsi ərazisində məskunlaşmış Xocalı 2 saylı tam orta məktəbin şagirdləri, uşaq sığınacaq evinin və digər aztəminatlı ailələrin uşaqları üçün nəzərdə tutulan qışlıq geyimləri Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin icra katibi İlqar İlkin tərfindən uşaqlara təqdim olunub.
Xatırladaq ki, Belçikada fəaliyyət göstərən Azərbaycan və Türk diaspora təşkilatları Azərbaycan həqiqətlərinin təbliğində hər zaman fəal rol oynamaqla yanaşı, vaxtaşırı bu cür sosial aksiyalar da keçiriblər. İki ay öncə də Ayhan Dəmirçi və Rəcəb Tuncər Sarının təşəbbüsü ilə Xocalı məktəbinin şagirdlərinə ayaqqabılar hədiyyə olunmuşdu. Həmçinin Qurban bayramı ərəfəsində təşkil olunan aksiyada burada məskunlaşan Xocalıdan olan məcburi köçkünlərin də əhatə olunduğu 600-dən artıq ailəyə qurban payları paylanılmışdı.

Mehman

Avropadakı türklərdən azərbaycanlı uşaqlara zəfər bayramı hədiyyəsi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar