Xəbər lenti
Azərbaycan Rusiyanın helikopterini vurduğu üçün üzrxahlıq edib
Noyabrın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədi yaxınlığında Rusiyanın Ermənistandakı 102-ci rus hərbi bazasının avtomobil kolonunu müşayət edən Mi-24 helikopteri ZRK raketi ilə vurulub. Atəş nəticəsində helikopter idarəetməni itirib və Ermənistanın dağlıq ərazisinə düşüb.
Nəticədə iki ekipaj üzvü həlak olub, bir nəfər orta zədələrilə evakuasiya edilib.
Azərbaycan helikopterin Naçıvandakı hərbi bölüm tərəfindən vurulduğunu etiraf edib və üzrxahlıq edib.
Azərbaycan Xarici İşlər Naziliyi bildirir ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.
“Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib. Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib. Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir. Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir. Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir,” Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar