Xəbər lenti
Diaspor Komitəsi Ukraynadakı azərbaycanlılara müraciət etdi
Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporuna müraciət ünvanlayıb.
Manevr.az xəbər verir ki, müraciətdə deyilir:
"6 noyabr 2020-ci il tarixdə Komitəyə daxil olmuş ilkin məlumatlara görə, ermənilərin Ukraynanın Xarkov şəhərində fəaliyyət göstərən Azərbaycanın Fəxri Konsulluğunun binasını atəşə tutması bir daha onu göstərir ki, Ermənistan Silahlı Qüvvələrinin döyüş meydanında uğursuzluğu, dünya miqyasında Azərbaycanın mövqeyinin dəstəklənməsi Azərbaycan diasporunun aktiv fəaliyyəti ilə əlaqəli şəkildə baş verir və bu, yalanları həqiqət kimi təqdim etməyə adət edən dünya erməni lobbisini, xəyanətkar erməni diasporunu təşvişə salır.
Buna görə də bütün mövqelərdəki məğlubiyyətlər fonunda xaricdəki maraqlı erməni dairələrinin azərbaycanlılara qarşı müxtəlif təxribat fəndləri həyata keçirməsi təəccüblü deyil.
Həmin qanunazidd hərəkətlərin başlıca məqsədi Azərbaycan tərəfini müəyyən təxribat xarakterli hərəkətlərə təhrik etmək, sonradan isə cinayət əməllərində ittiham etməkdir".
Diasporla İş üzrə Dövlət Komitəsi Ukraynadakı Azərbaycan diasporunu ayıq-sayıq olmağa, ermənilərin təxribatlarına uymamağa, yalnız Ukrayna qanunları çərçivəsində fəaliyyət göstərməyə və hüquq-mühafizə orqanlarına müraciət etməyə çağırıb.
Bir daha bəyan edirik ki, erməni təxribatları barədə məlumatları, eləcə də bunları əks etdirən foto və videofaktları Diasporla İş üzrə Dövlət Komitəsinin 7/24 saat fəaliyyət göstərən “Qaynar xətt”i ilə çatdıra və rəsmi email ünvanına göndərə bilərsiniz:
Qaynar xətt və WhatsApp: +994 50 607 98 36
Email: info@diaspor.gov.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar