Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Aptamil" uşaq qidasından qurdlar çıxdı - Şəkil

Tarix: 07-11-2020 20:49     Baxış: 4215 A- / A+
"Aptamil" uşaq qidasından qurdlar çıxdı - Şəkil

40 günlük övladım üçün “Nutricia” şirkəti tərəfindən istehsal edilən 800 qramı 36 manat olan “Aptamil” uşaq qidası aldım və içərisindən 2 ədəd qurd çıxdı. Hazırda uşağım çox narahatdır.

Manevr.az xəbər verir ki, bu barədə şikayətlə medicina.az-a məşhur videobloger Ülvi Mustafayev məlumat verib.

O qeyd edib ki, qidanın içərisindən qurd çıxması ilə bağlı şirkət rəhbərliyinə qədər müraciət etsə də nəticə əldə edə bilməyib:

“Şirkətin Azərbaycanda rəsmi distribüteri olan MMC-nin direktor müavini Fuad Rzayev bildirdi ki, onlara məxsus anbarda belə bir şey ola bilməz. Onlara dedim ki, öz sosial şəbəkə hesabımda paylaşım edərək camaatı aldanmamağa səsləyəcəm, çünki bu millətin balaları yazıqdı. Buna cavab olaraq mənə “Paylaş, problem yoxdur, elə ən böyük reklam anti-reklamdır”, dedilər. Daha sonra təklif etdilər ki, məhsulu aparıb onlara verim və araşdırsınlar. Mən isə bunu istəmədim. Çünki məhsulun satışını təşkil edən yer heç vaxt düzgün qərarı araşdırmaz, özlərini günahkar çıxartmaz”.

Şikayətçi məhsulu araşdırılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Bakı üzrə rəis müvaini Hüseyn Abdullazadəyə təhvil verib: “Bunun əvəzində məhsulu verdiyimə dair akt formasında sənəd aldım. Bildirdilər ki, həmin qidanı laboratoriyaya göndərəcəyik və bundan sonra nəticənin nə olduğunu açıqlayacağıq. İndi istəyim odur ki, AQTA-nın laboratoriya nəticəsi tam şəffaf şəkildə olsun. Əgər nəticə faktı ortaya çıxarmasa, o zaman bu məsələni məhkəməyə qədər uzadacağam. Çünki burda müzakirə mövzusu körpə uşaqlardı. Mənim 40 günlük oğlum bu qidadan sonra artıq 2 gündür ki, gecələr yatmır, normasından çox narahatdır. Bu hal bu gün də davam etsə, məcburən yoxlanışa aparacağam ki, narahatlığını dəqiqləşdirim, bəlkə mədəsinə ya bağırsağına mikrob düşüb. Çünki bir qidanın içində 2 iri qurd olması faktı insanı ancaq bunu düşünməyə vadar edir”.

Məsələ ilə bağlı AQTA-ya müraciət etdik və bildirildi ki, problem barədə araşdırma aparıb məlumat veriləcək.

Qeyd edək ki, sözügedən uşaq qidası ilə bağlı mətbuatda, sosial şəbəkələrdə dəfələrlə şikayətlər işıqlandırılıb. Aparıcı İlkin Həsəni də qızı üçün aldığı "Aptamil" qidasından şikayətçi olub.

Manevr.az
"Aptamil" uşaq qidasından qurdlar çıxdı - Şəkil

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar