Xəbər lenti
Millət vəkili Jalə Əliyeva seçiciləri ilə növbəti onlayn görüş keçirib- Şəkillər
Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin sədr müavini Jalə Əliyeva Zərdab və Ucar rayonundan olan seçiciləri ilə növbəti onlayn qəbul keçirib.
Manevr.az-ın məlumatına görə, Jalə Əliyeva ilk növbədə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən müzəffər döyüşlərdə əldə etdiyimiz qələbələrlə, qəhrəman əsgər və zabitlərimizlə bütün Azərbaycanın iftixar etdiyini bildirib, müqəddəs amal uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib. Jalə Əliyeva bütün qələbələrimiz üçün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə borclu və minnətdar olduğumuzu söyləyib. Video qəbulda iştirak edənlər də, bu fikirlərə həmrəylik ifadə edib, ordumuza yeni qələbələr arzulayıb, Ali Baş Komandana təşəkkürlərini çatdırmasını deputatdan xahiş ediblər. Bu gün ən əsas diqqətin cəbhəyə yönəlməli olduğunu dilə gətirən vətəndaşlar, eyni zamanda onları narahat edən bəzi məsələləri də dilə gətiriblər. Ünvanlı sosial yardımın təyin edilməsi, əlillik dərəcəsinin müəyyənləşdirilməsi, qazlaşdırma, müxtəlif xəstəliklərin müalicəsi, işlə təmin, "əmək veteranı" statusunun alınması və s. kimi məsələlərdə ortaya çıxan çətinliklərin aradan qaldırılmasında köməklik göstərməsini deputatlarından xahiş ediblər. Jalə Əliyeva hər bir seçicinin şikayətini diqqətlə dinləyərək, qaldırılan məsələlərlə bağlı məsləhətlərini verib, problemlərin müsbət həlli üçün mümkün olan köməkliyi göstərəcəyini bildirib. Bəzi məsələlər elə qəbul sırasında əlaqədar qurumlara müraciət edilərək, həllini tapıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar