Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

"WhatsApp"dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq

Tarix: 04-11-2020 04:52     Baxış: 3158 A- / A+
"WhatsApp"dan maraqlı funksiya: Silinmiş mesajları göndərmək mümkün olacaq

Məşhur "WhatsApp" messencerindən daha bir maraqlı funksiya gəlir: Yoxa çıxan mesajları artıq göndərmək mümkün olacaq.

"RİA Novosti"nin məlumatına görə, bu barədə proqramın tərtibçiləri məlumat verib.

Bildirilir ki, ötən ildən etibarən "WhatsApp" müəyyən bir müddətdən sonra mesajları avtomatik olaraq silən yeni xüsusiyyət üzərində işləyir. "Yoxa çıxan mesajlar" adı verilən bu funksiya "WhatsApp"a çox yaxında əlavə olunacaq.

Şirkətdən bu seçimin mesajlaşmada necə tətbiq ediləcəyi də izah edilib.

Bildirilir ki, istifadəçilərə qrup və ya fərdi söhbət tarixindən mesajları yeddi gündən sonra silmək üçün müstəqil ayarlama imkanı veriləcək. Onlar həm göndərəndən, həm də göndərilən ünvandan yox olacaq.

Bu funksiya aktivləşdirmədən əvvəl göndərilən mesajlara təsir göstərməyəcək.

Tərtibatçılar yoxa çıxan mesajların məxfiliyə zəmanət verilmədiyi barədə də xəbərdarlıq ediblər – ismarıc "WhatsApp"dan silinməzdən əvvəl ötürülə, kopyalana və ya fotoşəkili çəkilə bilər.

Funksiya "WhatsApp"ın yaxın günlərdə gözlənilən yeniləməsində görünəcək və bütün platformalarda mövcud olacaq.

Bundan əlavə, istifadəçi yeddi gün ərzində "WhatsApp"ı açmasa da, mesaj yeddi gündən sonra silinəcək. Bununla belə mesaj "WhatsApp" açılana qədər bildiriş siyahısında görünə bilər. sonxeber.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar