Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xəzər TV Xoşqədəmlə bağlı açıqlama yaydı

Tarix: 02-11-2020 17:51     Baxış: 3169 A- / A+
Xəzər TV Xoşqədəmlə bağlı açıqlama yaydı

Xəzər TV sosial şəbəkələrdə Xoşqədəm Hidayətqızının adından yayılan fikirlərlə bağlı açıqlama yayıb.

Manevr.az xəbər verir ki, telekanalın məlumatında son günlər aparıcı Xoşqədəm Hidayətqızına qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyalarının aparıldığı bildirilir.

Açıqlamada deyilir: "Məlum olduğu kimi bir aydan çoxdur ki, ikinci Qarabağ savaşı - Vətən müharibəsi davam edir. Bu tarixi dövrdə ordumuza ümumxalq dəstəyinin, möhtəşəm ümummilli birliyinin şahidi oluruq.

"Xəzər Media Holdinq" olaraq biz də bu birliyə öz töhfəmizi vermək məqsədilə efir yayımımızı vətənpərvərlik, ümummilli birliyə çağırış, müzəffər Azərbaycan ordusuna dəstək, dövlət və xalqın həmrəyliyi üzərində qurmuşuq. Efirimizdə mövcud şəraitlə bağlı yayımlanan verilişlərdən biri də Azərbaycanın əməkdar jurnalisti Xoşqədəm Baxşəliyevanın təqdimatında "Atəş xətti" verilişidir. Verilişə qonaq qismində dəvət olunan ölkənin tanınmış ziyalıları, ictima-siyasi xadimlər, dövlət rəsmiləri, mədəniyyət nümayəndələri mövcud vəziyyətlə bağlı dəyərli fikirlərini ictimaiyyətlə bölüşürlər.

Lakin, təəssüf ki, son günlər aparıcı Xoşqədəm Baxşəliyevaya qarşı sosial mediada və bəzi xəbər saytlarında qarayaxma kampaniyaları aparılmaqdadır. Belə ki, 30.10.2020-ci il tarixində yayımlanan "Atəş xətti" verilişində X.Baxşəliyevanın Azərbaycanda mövcud olan milli azlıqlarla bağlı ayrı-seçkilik salması iddia olunub.

Məlumat üçün bildirmək istərdik ki, "Xəzər TV"nin Efirə Nəzarət Qrupu mütəmadi olaraq yayımı nəzarətdə saxlayır və müvafiq tədbirlər görür. Lakin səslənən iddialar nəzərə alınaraq "Xəzər TV"nin Efirə Nəzarət Qrupu qeyd olunan yayımla bağlı yenidən araşdırma aparıb. Araşdırma zamanı X.Baxşəliyevanın fikirlərinin təhrif olunduğu, ona qarşı yönələn iddiaların əsassız olduğu məlum olub. Belə ki, qeyd olunan iddialar heç bir real fakta, görüntüyə əsaslanmayan uydurmalardır. Bundan əlavə qeyd etmək istərdik ki, yayımlanan bütün verilişlər video platformalar üzərində tam olaraq yerləşdirilir. İzləyicilər özləri də həmin platformalara daxil olaraq yayımlanan verilişləri təkrar, heç bir montaj və müdaxilə olmadan izləyə bilərlər.

"Xəzər Media Holdinq" olaraq bildiririk ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu tərəfindən möhtəşəm qələbələr yaşadığımız bir dövrdə milli birliyimizə kölgə salmaq məqsədilə səsləndirilən bu iddialar təxribat xarakteri daşıyır. Bu səbəbdən də izləyicilərimizi həm də informasiya müharibəsində olduğumuz dövrdə maksimum diqqətli olmağa, sosial şəbəkə platformalarında bu cür əsassız məlumatları paylaşmamağa çağırırıq.

Bununla belə, "Xəzər TV"də yayımlanan verilişlərlə bağlı xoşagəlməz hallar olarsa, real faktları və görüntüləri info@xezertv.az email ünvanına göndərməyiniz xahiş olunur. Sizi əmin edirik ki, təqdim olunan faktlar tərəfimizdən tam araşdırılacaq və ehtiyac olduğu təqdirdə müvafiq addımlar atılacaq".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar