Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Anar Eyvazov: “Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək”

Tarix: 31-10-2020 19:57     Baxış: 5143 A- / A+
Anar Eyvazov: “Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək”


“Ötən müddət ərzində Ermənistan silahlı qüvvələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusunun yerləşdiyi döyüş mövqelərini və Tərtər, Ağdam, Ağcabədi rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub”.


Manevr.az
-ın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, döyüş əməliyyatları əsasən Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam etdirilib: “Düşmən yenə də dezinformasiya yayaraq Azərbaycan Ordusunun guya Ermənistanın Qafan şəhəri yaxınlığındakı kənd istiqamətində döyüş əməliyyatları apardığını iddia edir. Reallıqda isə bu istiqamətdə Qubadlını artilleriya atəşinə tutan legitim hərbi hədəfə qarşı Ordumuz adekvat tədbirlər çərçivəsində atəş açıb. Düşmən bilməlidir ki, bundan sonra da ona qarşı adekvat cavab tədbirləri görüləcək. Qoşunlarımızın müdafiə xəttinə yaxınlaşmağa cəhd göstərən Ermənistan xüsusi təyinatlılarından ibarət kəşfiyyat diversiya qrupunun fəaliyyətinin qarşısı qətiyyətlə alınıb və onları daşıyan avtomobil texnikası şəxsi heyətlə birlikdə dəqiq atəş zərbəsi ilə məhv edilib”.

A. Eyvazov qeyd edib ki, Azərbaycan Ordusunun Xocalı, Şuşa və Xankəndini raket atəşinə tutması, bunun guya dinc əhaliyə qarşı yönəldilməsi barədə Ermənistan mətbuatının yaydığı məlumatlar da saxtadır, növbəti dezinformasiyadır: “Azərbaycan Ordusu düşməndən fərqli olaraq, mülki əhaliyə deyil, yalnız hərbi hədəflərə atəş açır. Saxta xəbərlərlə əlaqədar onu da əlavə edim ki, Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah-sursat yoxdur. Düşmənin törətdiyi müharibə cinayətlərindən diqqəti yayındırmaq məqsədilə uydurduğu dezinformasiyalar həqiqəti gizlədə bilməz. Hazırda qoşunlarımız bütün istiqamətlərdə əməliyyat şəraitinə tam olaraq nəzarət edir. Ordumuzun döyüş ruhu yüksək səviyyədədir. Ali Baş Komandanımızın bütün döyüş tapşırıqları yerinə yetirilir. Qələbə bizimlədir!”

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar