Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə vurduğu ziyan açıqlanıb

Tarix: 31-10-2020 17:39     Baxış: 4257 A- / A+
Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə vurduğu ziyan açıqlanıb


"Ermənistan döyüş, diplomatiya və informasiya savaşında uduzur. Yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır".

Manevr.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-ə qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi atılıb: “Həmin müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər müxtəlif xəsarət alıb. 2 424 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib, 13 kommunikasiya infrastukturu sıradan çıxarılıb, 17 dini obyektə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".

O əlavə edib ki, Ermənistanın Azərbaycana atdığı raketlərin ən çoxu Goranboy rayonuna düşüb: "Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcəbədiyə 14 raket, Gəncəyə 22 raket olmaqla bütövlükdə Azərbaycana 218 raket endirilib. Ermənistanın Azərbaycana atdığı ümumi mərmi sayı 27 min 308-ə bərabərdir və ən çox mərmi Tərtər rayonuna endirilib"./report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar