Xəbər lenti
Cənubi Qafqazda Azərbaycanın uğurlarının yeni geosiyasi şifrələri
Məhəmməd Cəbrayılov,
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi,
fəlsəfə üzrə fəlsəfə doktoru
Cənubi Qafqaz regionunda cərəyan edən geopolitik proseslərə qlobal güc mərkəzlərinin təsir imkanları zəifləməkdə davam edir. Azərbaycanın yaratdığı yeni geosiyasi şərtlər regional güc balansını dəyişməklə yanaşı, qlobal güclərin Cənubi Qafqazda 28 illik formalaşan qeyri-obyektiv siyasətinə düzəlişlər etmək zərurətini yaradır.
Cənubi Qafqazda yeni geosiyasi düzəni yaradan səbəblərdən biri dünyanın qlobal nizamında baş verən mövqe savaşlarının müxtəlif qütblərdə yaratdığı dalğalnmaların təsiridirsə, digər tərəfdən Azərbaycanın bu təsirləri neytrallaşdıran resurslarla milli maraqları önə çəkən siyasi iradəyə sahib olmasıdır. Regionda yaranan əlverişli geosiyasi vəziyyətə hazırlaşmaq, milli maraqları önə çəkmək kimi “ağıllı gücdən” istifadə imkanlarına sahib olmaq üçün Azərbaycanın qarşısında Cənubi Qafqazın super gücünə çevirilmək vəzifəsi dayanırdı. Bu gün Azərbaycan regionda baş verən proseslərdə birmənalı şəkildə əsas aktorlardan biridir. Bu bir tərəfdən müstəqillik dövründə Azərbaycanın həyata keçirdiyi regional və qlobal layihələr onu Cənubi Qafqazın super dövlətinə çevirirdisə, digər tərəfdən ölkənin inkişafı imperialist güclər üçün yeni arzuolunmaz vəziyyət yaradırdı. Bu yazıda məqsəd oxucuya Azərbaycanın həyata keçirdiyi layihələrin statistikasını çatdırmaq deyil, bu gün baş verən vətən savaşında xalqın, ordunun, Ali Baş Komandanın yaratdığı birlik və harmoniyanın möhtəşəm uğurlara yol açan səbəblərini, ilk anda o qədər də dərk olunmayan tərəflərini izah etməkdir. Vətən savaşında əldə etdiyimiz uğurlar - neft müqvilələri və ən əsası marşrutun seçilməsi (marşrutun seçilməsi ilə bağlı Azərbaycana böyük təzyiqlər olmuşdu), Bakı- Tbilisi-Qars dəmir yolunun çəkilməsi, TANAP, TAP- qaz boru kəmərlərinin, Azerspace-1, Azerspace-2, telekommunikasiya peyki və "Azerisky" yeri müşahidə peykləri və digər qlobal və regional layihələrdən başlayır.
Vətən savaşında qələbənin əldə olunmasının siyasi-iqtisadi-hərbi və geosiyasi əsaslarını Azərbaycan 30 ilə yaxın bir müddətdə çətin və gərgin şərtlər altında geostrateji manevr etməklə və təmkin göstərəməklə yaratmışdır. Məhz bu gün qardaş Türkiyənin siyasi və mənəvi dəstəyini bütövlükdə hiss etmək üçün yaradılan iqtisadi və geostrateji Azərbaycan “Bir millət iki dövlət” ideyasını təkcə mənəvi-psixoloji məqsədlər üçün istifadə etmədi, həmdə qardaş Türkiyəni “dəmir xətlərlə” fiziki olaraq özünə birləşdirdi. Bütün bu görülən tədbirlərin nəticəsi olaraq qardaş Türkiyə dövləti Cənubi Qafqazda geosiyasi proseslərdə aktiv rol ala bildi. Məhz bu reallıqlar müstəvisində Azərbaycanın siyasi iradəsi və şanlı ordusu yeni tarix yazır. Məsələ ondadır ki, BMT –nın qəbul etdiyi qətnamələrin 30 ilə yaxın bir müddətdə icrasını həyata keçirə bilməyən dövlətlərin işini Azərbaycan ordusu təkbaşına görməkdədir.
Heç şübhəsiz ki, dövlət başçısından xalqın yalnız və yalnız ali məqsədlər üçün umduğu ən böyük gözləntilərdən biri o idi ki, idarə etdiyi toplumun hiss və ideyalarını strateji məqsədə yönəldə bilsin. Məhz bu baxımdan Ali Baş Komandanın strateq keyfiyyəti təkcə ordu quruculuğunu yeni dövrün tələblərinə uyğunlaşdıraraq savaş meydanında heyrət doğuran nəticələr əldə etməsi ilə dəyərləndirilmir, həm də informasiya müharibəsində düşmənin və ona havadarlıq edən qüvvələrin saxta və riyakar təbliğatına vurduğu zərbələrlə ölçülür. Uzun müddət səbrli, təmkinli davranan Azərbaycan lideri artıq müqəddəs işimizə əngəl törədən səbəblərin ünvanını açıq şəkildə göstərir. Ali Baş Komandan Axərbaycana qarşı informasiya savaşı aparan erməni lobbisi və beynəlxalq güclərin təbliğatını zəngin diplomat məharəti və strateq keyfiyyəti ilə susdurur. Dağlıq Qarabağ probleminin həlli yollarını, buna əngəl olan səbəblərin dəqiq ünvanını da göstərməklə Ali Baş Komandan Azərbaycanın əslində kiminlə üz-üzə durduğuna açıq mətnlə işarə vurur. Oktyabrın 26-da İtaliyanın Rai-1 televiziya kanalına müsahibəsində Ali Baş Komandan açıq faktlarla qeyd edir ki, “... biz demirik ki, Ermənistanda, Gümrüdəki bazada Rusiyanın 5 minlik qoşunu var və bizdə olan məlumata görə, oradan vaxtaşırı olaraq Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir və bizim barəmizdə deyilənlərdən fərqli olaraq, bunlar faktdır. Ona görə də bizi ittiham etmək istəyənlərə təklif edirəm ki, yalan informasiyaya əsaslanan bu cür tez-tələsik nəticələr çıxarmazdan əvvəl özlərinə baxsınlar”.
Göründüyü kimi, Ali Baş Komandanın xalqın birliyindən güc alan ritorikası artıq sərhəd tanımır. Onun Minsk qrupunun həmsədr ölkələrinin tərəf tutmasını ifşa edən fikirləri artıq dünya mətbuatının nüfuzlu tribunalarından eşidilir. Türkiyənin mənəvi və siyasi dəstəyindən Azərbaycanı məhrum etməklə meydanda tək qoymağı qarşısına məqsəd qoyan qüvvələrə səsələnərək qeyd edir ki, “əməliyyatlarda Türkiyə qoşunlarının iştirakına gəldikdə isə bu da yalandır. Heç bir sübut yoxdur. Türkiyənin F-16 təyyarəsinin Azərbaycan ərazisində olması onun nəticəsi olub ki, münaqişə ərəfəsində bizdə birgə hərbi təlimlər keçirilib”.
Qlobal güclərin və beynəlxalq təşkilatların keçmiş SSRİ ekvatoriyasına daxil olan dövlətlərdə yaranan münaqişələrə Azərbaycanın işğal olunmuş əraziləri ilə müqayisədə birmənalı və sərt reaksiyaları həmin dövlətlər tərəfindən münaqişədən əziyyət çəkən dövlətlərə qarşı açıq-aydın ikili standartların görünən tərəfidir. Məsələnin görünməyən tərəflərindən biri ATƏT-in müşahidə missiyasının Azərbaycanın işğal olunmuş ərazilərində monitorinq apardığı zaman bu gün işğaldan azad edilən torpaqlarda yerlə bir edilən yaşayış məntəqələrini, tarixi, dini abidələri, ekoloji terrora məruz qalan meşələri, istismar olunan təbii sərvətləri və ən əsası işğal etdiyi torpaqlarda 28 illik dövr ərzində dayanmadan qurduqları müdafiə istehkamlarını görməzdən gələrək Ermənistanın vandal cinayətinə qarşı heç bir sanksiya tətbiq edilmədi. Dağlıq Qarabağ probleminin həlli istiqamətində mandat almış dövlətlərin işğala məruz qalanla işğalçı arasında görüntü naminə bərabərlik, həqiqətdə isə işğalçını mükafatlandıran mövqeləri Azərbaycan xalqını 28 ildə məyus edib, sarsıtsa da, ancaq onun haqlı mübarizəsində milli ruhunu sarsıda bilmədi. Bu gün Azərbaycan ordusu işğaldan azad etdiyi hər qarış torpaqda qəhramanlıq tarixi yazaraq, savaş meydanında terror yuvalarını darmadağın edir. Erməni əsgəri Azərbyacan əsgəri qaşısında diz çökür, vurulan zərbələr önündə qurduqları terror istehkamlarında belə özlərini xilas edə bilmirlər.
28 illik işğal dövründə Ermənistanın siyasi və hərbi hakimiyyəti Azərbaycan ordusu haqqında 1990-cı illərin hərbi-siyasi atmosferinin yaratdığı stereotiplərdən xilas ola bilmədi. Azərbaycan ordusunun gücünə dəyər vermədən sarsıdıcı zərbə alan Ermənistanın siyasi və hərbi hakimiyyəti müharibəni Türklərlə aparıdıqları haqqında heç bir əsası olmayan uydurma xəbərləri onlara havadarlıq edən dövlətlərin mətbuatına çıxardılar. Ali Baş Komandanın Türk hərbçilərinin Azərbaycanda olması ilə bağlı yayılan dezinformasiyalarla bağlı qeyd etdi ki, “Odur ki, gözlənilən bu böyük qələbəyə indi sağdan-soldan çamur atmağa cəhdlər edilir. Guya Azərbaycana Türkiyə hərbi dəstək verir, hansısa mifik muzdlu dəstələrdən israrla bəhs olunur. Halbuki silah-sursatdan tutmuş, muzdlu-terrorçuların göndərilməsinədək gerçək hərbi köməyin Ermənistana edildiyi gün kimi ortadadır”.
Digər müsahibəsində Ali Baş Komandan Türkiyənin Azərbaycana Ermənistanın himayədarları tərəfindən qıcıqla qarşılanan dəstəyinə diqqət ayırıb: “Bir ay ərzində demək olar ki, hər gün müsahibə verirəm. Hər dəfə soruşurlar ki, Türkiyə “F-16”ları burada nə gəzir? Bu suala cavab verməkdən yorulmuşam. Peykiniz var, gedin baxın... “F-16”lar təlimə gəlib və yerdədir. Əgər, bizə qarşı kənardan təzyiq olarsa, onda “F-16”ları görəcəksiz”.
“F-16” larla bağlı Ali Baş Komandanın dediyi fikirlər işğal olunmuş ərazilərə üçüncü dövətin müdaxiləsinə qarşı açıq mətnlə işarədir.
ABŞ-da geostrateq, “ərazi mübadiləsi planı”nın müəllifi kimi tanınan Pol Qoblun Azərbaycan ordusunun uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyin düzgün yanaşma olamdığı qənaətini bölüşür. “Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər”.
Bu bir aylıq vətən savaşında Azərbaycan xalqı hiss etdi ki, Qarabağa dair kənardan heç bir xoş niyyətli təşəbbüs yoxdur və olmayacaq. Cənubi Qafqaz regionunda baş verən geosiyasi proseslərdə və dünyanın münasibətlər sistemində Azərbaycan öz yerini tutub və dünya təhlükəsizlik sisteminin bir hissəsidir. Azərbaycanda baş verə biləcək hər hansı bir hadisə, xüsusilə də Qarabağla bağlı hər hansı olay dünyanın nizamına təsir etməsi şübhə doğurmur. Şübhə doğurmayan başqa bir məsələ Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələyə keçməsində regionun inkişafının yenidən dizayn edilməsi və Cənubi Qafqazda vahid iradənin olması reallığıdır. Artıq bu reallıq yeni dünya nizamında Türkiyə-Azərbaycan mövcudluğunu diktə etməkdədir.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar