Xəbər lenti
“Azərbaycançılıq. Gerçəyin dərsi” kitabı nəşr olunub
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Türk Dünyası İnfo” İB tərəfindən “Azərbaycançılıq ideyalarının tədbliğinə dair yeni araşdırmalar və toplunun nəşri ” adlı layihənin icrası yekunlaşmaq üzrədir.
“Türk Dünyası İnfo” İctimai Birliyindən bildiriblər ki, 4 ay müddətinə həyata keçirilən bu layihə Azərbaycan xalqının və ümumən dünya azərbaycanlılarının taleyində mühüm əhəmiyyət daşıyan azərbaycançılıq ideyalarının xalqımızın şüurunda möhkəm yer tutması, müstəqillik dövründə dövlət ideologiyasına çevrilməsi prosesinin araşdırılması, öyrənilməsi və nəticə etibarilə bir uyğun nəşr vasitəsi ilə təbliği məsələlərinə həsr olunub. Layihənin əsas məqsədi bugünün və sabahın ən əsas dövlətçilik ideologiyalarından biri olan azərbaycançılığın – xalqımızın həmrəyliyinin, milli-tarixi gələnəklərimizin, dilimizin, milli-mənəvi irsimizin təbliğinə dəstək olmaq, soydaşlarımızın dünyada ictimai-siyasi fəallığını artırmaq yolunda potensial imkanları dəyərləndirmək, onların arasında daha sıx əlaqələr yaratmaq, milli birlik istiqamətində dövlətimizin apardığ ardıcıl və sistemli siyasətə ictimai sferada töhfə verməkdir.
İcra müddətində əsas məqsəddən çıxış edərək müstəqillik dönəmində azərbaycançılıq ideyalarının zəruriliyi, xalqımızın gələcəyində daimi aktuallığı nəzərə alınaraq yeni araşdırmalar aparılmı. QHT bu layihə ilə ölkəmizin azərbaycançılıq ideyasının dövlət ideologiyasına çevrilməsini şərtləndirən aktual amillərin timsalında milli həmrəylik yönündə yeni tədqiqat və təbliğat işində iştirak etməyə çalışmışdır.
Layihə çərçivəsində publisit-şair Dəyanət Osmanlının “Azərbaycançılıq. Gerçəyin dərsi” adlı publisistik kitabı nəşr edilmişdir. Müəllifin müxtəlif illərdə azərbaycançılıq ideyalarına dair yazdığı bir sıra məqalə, müsahibə və açıqlamalarının toplandığı nəşrdə Azərbaycan xalqının formalaşmasında mühüm rolu olan azərbaycançılıq ideyalarının müxtəlif aspektləri, xalqın milli ruhunu, dilini, adət-ənənəsini, vətənpərvərlik duyğularını özündə ehtiva edən məsələlər əks olunmuşdur. “Elm və təhsil” nəşriyyatının mətbəəsində nəfis şəkildə, 360 tirajla çap olunmuş kitabın məsləhətçisi akademik Nizami Cəfərov, redaktoru filologiya üzrə fəlsəfə doktoru İlahə Abdullayevadır.
Kitab kitabxanalara, yazarlara və gənclərin daha çox təmsil olunduğu müxtəlif auditoriyalara və s. paylanılması nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar