Sizin Reklam Burada
Xəbər lenti
29-11-2024
28-11-2024
BÜTÜN XƏBƏRLƏR

Maksim Şevçenko:“Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Tarix: 29-10-2020 03:25     Baxış: 4178 A- / A+
Maksim Şevçenko:“Bakı növbəti hücuma Qarabağın işğalçılardan tamamilə azad edilməsi ilə reaksiya verəcək”

Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın dinc əhalinin yaşadığı Bərdə şəhərinin atəşə tutulması hərbi cinayətdir.

Bu barədə “İnfo24” saytına jurnalist Maksim Şevçenko danışıb.

Onun sözlərinə görə, İrəvan qəsdən mülki əhaliyə hücum edir ki, Qarabağdakı münaqişə Ermənistanla Azərbaycan arasındakı qarşıdurma çərçivəsindən kənara çıxsın. Bakı növbəti hücuma Dağlıq Qarabağın işğalçı qüvvələrdən tamamilə azad edilməsi ilə reaksiya verəcək.

“İşğal olunmuş ərazilərin tamamilə azad edilməsi və düşmənin silahlı qüvvələrinin qovulması-Azərbaycandan gələ biləcək ədalətli cavab məhz budur”, - deyə M.Şevçenko bildirib.

Jurnalist həmçinin Rusiya rəhbərliyinə Qarabağ münaqişəsinə müdaxilə etməməsi barədə xəbərdarlıq edib, bu halda bölgədəki bir çox ölkənin hərbi əməliyyatlara cəlb edilə biləcəyini söyləyib.

“Biz öz rəhbərliyimizdən Paşinyan rejiminə kömək etməklə hansı oyunlara cəlb olunacağının anlamını tələb etməliyik. Axı Rusiya münaqişəyə daxil olsa, NATO-nun ən güclü ordularından biri olan Türkiyə ordusu ilə döyüşməli olacaq”, - deyə M.Şevçenko bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar