Xəbər lenti
Qubada koronavirus xəstəsi küçədə tutuldu
Qubada koronavirus xəstəsi yaşayış yerini tərk edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Quba rayon sakini Elçin Abramov COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə bir müddət xəstəxanada müalicə alıb, daha sonra isə ona ev şəraitində müalicə təyin edilib.
E.Abramov evə buraxılan zaman ona karantin qaydaları izah olunub və tətbiq olunan qaydalara riayət etməsi, eləcə də yaşayış yerini tərk etməməsi tapşırılıb. Lakin adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk etmiş və digər insanlar üçün real təhlükə yaradıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən qaydaları pozan Elçin Abramovun törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal alınıb, yaşadığı ünvana qaytarılması təmin edilib və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.
Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün Quba RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar