Xəbər lenti
“Erməni əsgərləri çörək üçün Xankəndindəki mağazalara hücum edəcəklər“ - Hərbi ekspert
Ermənistan ordusunda hökm sürən acınacaqlı vəziyyət getdikcə daha da pisləşir. Düşmən əsgərlərinin döyüş mövqeyini özbaşına tərk etməsi kütləvi xarakter almağa başlayıb. Ordudakı nizamsızlıq əsgərlərin xarici görünüşündə də özünü açıq şəkildə biruzə verir. Sosial şəbəkələrdə yayılan fotolarda düşmən əsgərlərinin başıaçıq, mülki paltarda, idman ayaqqabısında olduqları diqqətdən yayınmayıb.
Maraqlıdır, bu cür şəraitdə düşmənin uzun müddət müqavimət göstərmə ehtimalı varmı?
color=#FF0000]Manevr.az-ın məlumatına görə, məsələ ilə bağlı yenisabah.az-a açıqlama verən hərbi ekspert Rəşad Süleymanov qeyd edib ki, Azərbaycan Ordusunun sürətli əməliyyatları hesabına düşmən həm fiziki cəhətdən yorulub, həm texniki cəhətdən məhv olub, həm də psixoloji cəhətdən çöküb:
“Ermənistanın yaşadığı itkilər bunu göstərir. Bu döyüşlər ərəfəsində Ermənistan ordusuna milyardlarla dollar zərər dəyib. Ermənistanın maddi cəhətdən aldığı zərbələr göstərir ki, Ermənistan öz ordusunu nə normal geyimlə, nə də qida ilə təmin edə bilir. Ötən gün sosial şəbəkələrdə yayılan video vardı. Polislər palçıq içərisində idilər, onlar ac qaldıqlarını ifadə edirdilər. Ermənistan Müdafiə nazirinin əsgərlərlə görüşündə stolun üstündə yalnız çörəyin olması da diqqətdən qaçmayıb. Təminat yollarına Azərbaycan Ordusu tərəfindən nəzarətə olunan bir ərazidə düşmənin bu vəziyyətə düşəcəyi gözlənilən idi. Bütün ölkələrdə ordu ən böyük istehlakçıdır. Yəni onu hər gün yemək, geyim və digər vasitələrlə təmin etməlisən. Ermənistanın mövcud vəziyyətdə 60 minlik ordusunu və kənardan gətirdiyi 100 minə yaxın qüvvəni necə təmin edəcək? Buna ölkə iqtisadiyyatınnı təbii ki, gücü yoxdur. Birinin ayağında su qaloşu, birində adi ayaqqabı var. Belə baxdıqda Ermənistan ordusunun əzildiyini görürük”.
Ekspert vurğulayıb ki, düşmənin müqaviməti qırılmaq üzrədir:
“Hətta bizdə məlumatlar var ki, Ermənistandan çağırıb Qarabağa göndərilənləri Xankəndində heç kim qalmadığı üçün artıq çörək sexlərində çörək bişirmək üçün də istifadə edirlər. Onlar olduqca acınacaqlı vəziyyətə düşüblər. Onlar ya silahı yerə qoyub təslim olmalı, ya da rədd olub getməlidirlər. Uzanan müharibənin hər bir günü milyonlarla vəsait deməkdir. Ermənistanın artıq texnikası məhv edilib. Demək olar ki, ciddi müqavimət göstərəcək silahı qalmayıb. Orada yerləşən hərbi hissələri avadanlıqlarla təmin etmək üçün məcburdurlar ki, kənardan buraya təminat gəlsin. Burada tibbi təminat, yaralıların evakuasiyası kimi məsələlər var. Hava yolu ilə bunları həyata keçirmək mümkün deyil, quru yolu ilə də vəziyyət ortadadır, yollar artıq bizim nəzarətimizdədir. Ora İmişlinin düzü deyil ki, deyəsən, bu tərəf bağlıdır, digər tərəfdən gedəcəklər. Dağ-dərədə bir-iki yol var. Bu gün yaban çörək tapırlar, sabah onu da tapmayacaqlar. Artıq psixoloji cəhətdən çökən əsgərlər silahı götürüb Xankəndində və digər yerlərdə sahibsiz qalan mağazalara hücum çəkəcəklər və ya yerli əhalini təhdid edəcəklər, soyacaqlar. Müharibənin öz qanunları var, əsgər yemək tapa bilməyəndə quldurluq edəcək. Bəlkə də artıq bu proses başlayıb. Bu da içəridə qarışıqlıq yaradır. Əsgərin mədəsi boş olanda keyfiyyətli döyüş gözləmək mümkünsüzdür, müqaviməti tez qırılır, fərarilik başlayır. Aralarında panika yaranır və arxadakı qoşunlar da ona qapılır. Bütün bunlar gözlənilən idi”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar