Sizin Reklam Burada
Xəbər lenti
14-07-2025
13-07-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ dövlət katibinin eks-müşaviri Azərbaycan ordusunun uğurundan danışdı

Tarix: 26-10-2020 20:17     Baxış: 4210 A- / A+
ABŞ dövlət katibinin eks-müşaviri Azərbaycan ordusunun uğurundan danışdı


"Azərbaycanın dinc şəhərlərini bombalamaq və mülki əhalini hədəf almaq Azərbaycanı cavab atəşinə təhrik etmək və Moskvanı məsələyə daxil etməyi planlaşdırsa da, bu sadəcə Azərbaycanın işğal edilmiş torpaqlarını azad etmək mübarizəsini gücləndirdi".

Bu barədə ABŞ dövlət katibinin sabiq müşaviri və postsovet məkanı üzrə ekspert Pol Qobl "Кавказский узел" agentliyinə verdiyi müsahibəsində bildirib.

Ekspert Azərbaycanın münaqişə zonasından kənarda olan bölgələrinin atəşə tutulmasının son dərəcə təhlükəli olduğunu söyləyib:

"İrəvan anlamalıdır ki, bundan sonra Azərbaycan ikiqat güclə erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasına çalışacaq. Fikrimcə, Ermənistan Azərbaycanı cavab atəşinə təhrik edərək Moskvanı münaqişəyə müdaxilə etməyə və İrəvana dəstək verməyə məcbur etməyi düşünərək belə addım atdı. Bu isə İrəvanın mövqelərinin zəiflədiyini və özünü müdafiə etmək üçün hər şeyə əl atdığını göstərir".

Onun sözlərinə görə, Azərbaycan ordusu çox yaxşı hazırlaşdı və həmişə öz hədəflərinə sponsorlar olmadan çatmaq düşüncəsi ilə hərəkət etdi: "Ermənistan isə hesab edirdi ki, Moskva münaqişəyə müdaxilə edəcək".

Qobl bununla yanaşı, Azərbaycanın uğurlarını yalnız pilotsuz təyyarələrin istifadəsi ilə əlaqələndirməyib: "Əlbəttə ki, pilotsuz təyyarələr Azərbaycana kömək etdi. Ancaq bunlar ölkənin uğurunu izah etmir. Uğurun səbəbi Azərbaycan ordusunun digər silah növlərindədir, hazırlığındadır və zabit ilə əsgərlərin münasibətindədir. Onlar qüvvələr nisbətini dəyişdirməyin mümkün olduğunu bilirlər və bu şansı itirmək niyyətində deyillər"./mediapost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar