Sizin Reklam Burada
Xəbər lenti
13-10-2025
12-10-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib

Tarix: 26-10-2020 18:29     Baxış: 4197 A- / A+
Ermənistan əsirlərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycanın təkliflərinə cavab verməyib


Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Manevr.az
-ın xəbərinə görə, məlumatda deyilir:

2020-ci il oktyabrın 10-da Moskvada humanitar atəşkəs razılığının əldə edildiyi vaxtdan etibarən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyevin və digər səlahiyyətli şəxslərin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyinin başçısı ilə görüşlərində Azərbaycan Respublikasının həlak olmuş hər iki tərəfə aid hərbçilərin meyitlərinin qarşılıqlı mübadiləsinə, hətta erməni hərbçilərinin meyitlərinin bir hissəsinin birtərəfli qaydada geri qaytarmasına, eləcə də Azərbaycanda saxlanılan 2 erməni hərbçisinin və 2 mülki şəxsin qarşı tərəfdəki 2 azərbaycanlı girovla azad edilməsinə hazır olduğu bildirilmişdir.

Eyni zamanda Azərbaycan tərəfinin Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində qoyub getdiyi 85 yaşlı erməni qadının da birtərəfli qaydada azad edilməsinə hazır olduğu diqqətə çatdırılmışdır.

Qeyd olunanlara baxmayaraq, indiyədək Ermənistan Respublikası əsirlərin və saxlanılan şəxslərin azad edilməsi və meyitlərin qaytarılması ilə bağlı Azərbaycan Respublikasının təkliflərinə cavab verməmişdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar