Sizin Reklam Burada
Xəbər lenti
20-04-2024
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilər niderlandlı deputatı təhdid edir

Tarix: 24-10-2020 16:48     Baxış: 3156 A- / A+
Ermənilər niderlandlı deputatı təhdid edir

Azərbaycan Ordusunun erməni təxribatlarına cavab olaraq əks-hücum əməliyyatları aparması və öz ərazi bütövlüyünü bərpa etməsi bir sıra ölkələrdə dəstəklənir.

Artıq əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da birmənalı mövqe sərgiləyərək Dağlıq Qarabağın Azərbaycana məxsus olduğunu deyirlər.

Belə deputatlardan biri Niderland Parlamentinin üzvü Tunahan Kuzudur.

Ermənilər niderlandlı deputatı Azərbaycanın haqlı mövqeyini müdafiə etdiyi üçün təhqir və təhdid etməyə başlayıblar. Niderland Parlamentində “Qarabağ Azərbaycanındır”, “Ermənistan ordusu Azərbaycanın işğal etdiyi torpaqları tərk etməlidir” kimi fikirlər səsləndirən deputat Tunahan Kuzuya qarş ermənilər tərəfindən kampaniya aparılır.
Ermənilər niderlandlı deputatı təhdid edir

Bununla bağlı azvision.az -a məlumat verən diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib ki, Tunahan Kuzu məhz “Qarabağ Azərbaycandır” ifadəsinə görə ciddi təhdidlərlə üz-üzə qalıb:

“Tunahan Kuzu öz feysbuk səhifəsində də Azərbaycanı müdafiə edir. Minlərlə niderlandlıya beynəlxalq hüquqdan çıxış edərək, Qarabağ həqiqətlərini çatdırır. Bu səbəbdən ermənipərəstlər və erməni lobbisi deputata sosial şəbəkələrdə təhqir və böhtanlar yağdırırlar. Onun ünvanına nalayiq sözlər yazırlar”.
Ermənilər niderlandlı deputatı təhdid edir

Xatırladaq ki, Tunahan Kuzu bu yaxınlarda Niderland Parlamentində Azərbaycanın əleyhinə hazırlanan qanun layihəsinin qarşısının alınmasında fəal rol oynamışdı. O, faktlarla çıxış edərək qanun layihəsinin gerçəkləşməsinə imkan verməyib.

Onu da qeyd edək ki, ermənilər Azərbaycanın haqlı mövqeyini, reallığı dünyaya çatdıran şəxslərə qarşı terror və hədə dili ilə danışırlar. Bir neçə gün öncə fransız jurnalistlər də oxşar vəziyyətlə üzləşiblər. Fransanın “TF1” telekanalının jurnalistləri Azərbaycanın döyüş bölgəsinə yaxın ərazilərindən reportaj hazırladıqlarına görə ölümlə hədələniblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar